Rusiya yenə Azərbaycanı “Konfederasiyaya səsləyir”...

11:52 02-04-2020 | icon 437 | Geopolitika
Rusiya yenə Azərbaycanı “Konfederasiyaya səsləyir”...

Sərdar Cəlaloğlu: “Azərbaycan Konfederasiya yaradacaqsa, bu, Türkiyə ilə olmalıdır”

 

Xəbər verdiyimiz kimi, Rusiya Liberal Demokrat Partiyasının illərdir dəyişməz lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin Rusiya Konfederasiyasının yaradılmasına ehtiyacın olması ilə bağlı fikirlər səsləndirib və Qazaxıstan, Mərkəzin Asiyanın digər ölkələri, Belarus, Moldova, Azərbaycan, Ermənistan və Gürcüstanı görmək istədiyini deyib. Eyni zamanda yeni “konfederasiyanın” Türkiyə, İran, Suriya və İraqla sıx əlaqələr qurmasının  vacib olduğunu bildirib. Üstəlik, Jirinovski bildirib ki, “Konfederasiya xarici və maliyyə siyasəti mərkəzdən idarə olunmalıdır”. Jirinovski “konfederasiya” ilə bağlı açıqlamasının sonunda vacib bir cümlə işlədib: “Rusiya Konfederasiyasının yaradılması üçün münbit zəmin var”. Jirinovskiy “münbit zəmin” deyərkən koronavirusun dünyada yaylmasını və bu virusdan böyük dövlətlərin ağır vəziyyətə düşdüyünü nəzərdə tutub. Nə baş verir, Rusiya bununla nəyə nail olmağa şalışır?

 

“O, bu ad altında Rusiyanın yeni bir imperiya siyasətini həyata keçirmək istəyini ortaya qoyur”

 

Bu barədə Versus.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, belə bir ittifaqın yaradılması heç vaxt təbii ola bilməz.

 

O, bunu ruslarla din, milli kimlik, ekonomik quruluşa əsasən heç bir yaxınlığımızın olmamağı ilə əlaqələndirib:

“Biz ən yaxşı halda Türk Dövlətlərinin Birliyini, Konfederasiyasını, eləcə də, İslam dövlətlərinin Konfederasiyasını yarada bilərik. Ruslar isə slavyanlarla - Yuqaslaviya, Polşa, Bolqarıstanla birləşib müəyyən bir Konfederasiya yarada bilərlər. Əslində, Jirinovski bu ad altında Rusiyanın yeni bir imperiya siyasətini həyata keçirmək istəyini ortaya qoyur. Burda adın nə olacağının heç bir fərqi yoxdur. Ruslar hardadırsa, orda sədaqətli tərəfdaşlıqdan söhbət gedə bilməz. Ruslar istər çar, istərəsə də sovet vaxtında bizə qarşı düşmən olublar, indi onlara yaxınlaşsaq da eyni düşmənçiliyi edəcəklər”.

 

S.Cəlaloğlu Azərbaycan parçalanandan sonra Rusiyanın düz iki dəfə torpaqlarımızı bizdən alaraq başqa xalqlara verdiyini xatırlatdı:

“Bizim mədəniyyətimizi məhv ediblər, xalqımza qarşı genosid, deportasiya siyasəti həyata keçiriblər və çalışıblar ki, sovet hakimiyyəti dövründə də Azərbaycan Qafqazda gürcülərdən və ermənilərdən geridə qalsın. Bizə qarşı bu qədər cinayətlər eləmiş dövlətlə yenidən hansısa ittifaqda birləşə bilmərik. Azərbaycan Konfederasiya yaradacaqsa, bu Türkiyə ilə olmalıdır, Orta Asiya respublikaları ilə olmalıdır. İslam ölkələri ilə birliyimiz möhkəmlənməlidir. Çünki müasir dünyada artıq mədəniyyətlərarası  qarşıdurmalar var. Rusiya ilə eyni mədəniyyətə malik olmadığımız üçün də bizim onlarla heç bir birliyimiz ola bilməz”.

 

ADP sədri hersab edir ki, Jirinovskiy bu çıxışı ilə imperiyanı yeniləmək istəyən Rusiyanın məqsədlərini açıb:

“Bu gün Rusiya özü dərin böhran içindədir. Bir qayda olaraq daxili problemlərini həll eləmək üçün xalqın diqqətini bu cür xarici avantürüst ideyalara yönəldirlər. Burada məqsəd, Konfederasiyaya daxil olan ölkələri istismar edib, öz iqtisadi problemlərini həll etməKdir. Biz qətiyyən buna yol verə bilmərik.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür