“Azərbaycan bu şokdan yaxşı mənada çıxmalıdır” - MÜSAHİBƏ

17:28 02-04-2020 | icon 372 | Siyasət
“Azərbaycan bu şokdan yaxşı mənada çıxmalıdır” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu:“Rus-erməni ittifaqının Azərbaycana qarşı həyata geçirdiyi genosid, repressiya siyasəti öz qiymətini almayıb”

 

Uzaq, yaxın tariximizi səhifələdikcə Azərbaycana qarşı repressiya, soyqırım, depressiya, işğal siyasəti ilə bağlı kifayət qədər tutarlı faktlar görünür. Budur, 31 mart soyqırımını anan bu millət, apreldə “28 aprel” sovet işğalı tarixini yada salacaq. Və bu gün də regionda Azərbaycana işğalçılıq siyasəti davam edir. Azərbaycan tarixinin yaddaşında mamır bağlayan soyqırımları, yarası qərtmək bağlamayan Xocalı soyqırımı ilə təzələnsə də, bu, dünya ictimaiyyətinin vecinə də deyil. Halbu ki müasir dünya gücləri özünü daha demokratik, ədalətli hesab edir.

 

Torpaqlarımız işğal altında və işğalçı Ermənistan burda istədiyi “oyunlar” qurur. O zaman Qarabağda münaqişənin sülh yolu ilə nizamlanması missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri nəyi gözləyirlər? Təbii ki, Azərbaycan torpaqlarının işğal faktının tarixi uzandıqca, cavabını gözələyən suallar da çoxalır.

 

Versus.Az bu və ya digər məsələlərlə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun müsahibəsini təqdim edir.

 

Beynəlxalq məhkəmə soyqırım faktını təsdiq eləməlidir”

 

- Sərdar müəllim, regionda Azərbaycana qarşı törədilən beynəlxalq cinayətlər bəlli olduğu halda, biz nəyə görə bu məsələləri dünya ictimaiyətinə çatdıra bilmirik?

 

- Azərbaycanda törədilən soyqırımları beynəlxalq ictimaiyyətə çatdırmaq üçün birinci növbdə beynəlxalq məhkəmə soyqırım faktını təsdiq eləməlidir. Bundan sonra bu soyqırımın nəticələrini tanıtmaq üçün müxtəlif ölkələrə müraciət olunmalıdır. Düzdür, sovet hakimiyyəti illərindən fərqli olaraq, müstəqillik illərində Azərbaycan tarixinin gizlədilmiş səhifələri haqqında kifayət qədər məlumatlar üzə çıxarıldı, tariximizdə müəyyən hadisələrin üstü açıldı, amma hələ də rus-erməni ittifaqının Azərbaycana qarşı həyata geçirdiyi genosid, repressiya siyasəti öz qiymətini almayıb. Məsələn, 1937-ci ilin represiya siyasəti nəticəsində soyqırım siyasətindən daha ağır nəticələr olub. Kollektivləşmə dövründə aparılan siyasət çərçivəsində öldürülən insanların sayı 31 mart qırğınından çox olub. Yəni rus-erməni ittifaqı ilə Azərbaycana qarşı törədilən cinayətlər təkcə 31 mart soyqırımı ilə bitmir. Uzun illər ruslar, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırım siyasətləri, bu dəfə başqa siyasi platformalar adı altında həyata keçirilib. Bu baxımdan biz bütün bu faktları gərək ümumiləşdirək. Digər tərəfdən, Azərbaycanda sovet hökuməti vaxtında deportasiyanın aparılması da çox ciddi cinayətdir. Gürcüstan və Ermənistandan 100 minlərlə azərbaycanlı öz dədə-baba torpağından köçürülüb. Bütün bunlar hamısı beynəlxalq cinayətlərdir və biz çalışmalıyıq ki, hər birini ayrı-ayrı müstəvidə həll edək.

 

- Rus-erməni ittifaqı və dünya güclərinin regionda Azərbaycan marağı bəllidir və bu əsrlərdir davam edir. Necə hesab edirsiz, Azərbaycan öz torpaqlarını işğaldan azad edərsə, öz bütövləşməsi uğrunda mübarizədən qalib çıxarsa, Azərbaycana qarşı işğalçı xarakterli hücumların qarşısının alınması ilə bağlı problem öz həllini tapmış olacaq?

 

- Biz torpaqlarımızı işğaldan yalnız hərbi yolla azad edə bilərik. Amma haqlı olduğumuzu və doğurdan da bizə qarşı bu cür siyasətin həyata keçirilməsini sübut eləmək üçün təbii ki, müxtəlif beynəlxalq hüquqla tənzimlənməli olan prosesləri başlatmaq lazımdır. Deportasiya ayrı bir beynəlxalq hüquqla, genosid başqa bir beynəlxalq hüquqla, repressiya isə tamamilə ayrı bir hüquqla tənzimlənir. Ona görə də biz ən müxtəlif hüququ müstəvilərində xalqımıza qarşı aparılan bu siyasəti ifşa eləməliyik və təbii iki, son nəticədə gətirib bunu gündəmə çıxarmalıyıq.

 

ATƏT-in missiyası Qarabağı dinc yolla alıb ermənilərə verməkdir”

 

- 31 mart soyqırımı günündə, erməni separatçıları Qarabağda bir “seçki” keçirdi. Bu, ölkə ictimaiyyətində narahatlıq, qıcıq doğursa da, nə etməli ki, heç nə edə bilmədik. Nəyə görə regionda sülh missiyası olan beynəlxalq təşkiatlar, eləcə də ATƏT-in Minsk qrupu dövlətləri bu məsələyə özünün kəskin reaksiyasını vermir, sadəcə olaraq “seçkinin tanınmayacağı” ilə bəyanatlar verməklə kifayətlənirlər?

 

- Əvvəla qeyd edim ki, “ATƏT-in missiyası Qarabağı dinc yolla alıb ermənilərə verməkdir”. Ona görə də Ermənistanın ilhaq siyasətinə, təbii ki, göz yumacaq, Azərbaycan tərəfinin isə bu ilhaq siyasətinin qarşısının alınması ilə bağlı atdığı addımlarına təhdidlə cavab verəcəklər. Azərbaycan, ümumiyyətlə ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasından imtina eləməlidir.  Onlar Qarabağa mübahisəli ərazi kimi baxırlar. Guya Qarabağ bilinmir kimindir və vasitəçilər də, torpağın dinc yolla kimin olmasını araşdırmaq istəyirlər. Halbu ki şəksiz və şübhəsiz Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır və bu torpaqlar da beynəlxalq hüquqa uyğun Azərbaycana məxsusdur və Azərbaycan da beynəlxalq hüquqa uyğun öz ərazilərini işğaldan azad etmək hüququna malikdir. Beynəlxalq hüququn “vasitəçilər vasitəsilə həyata keçirilməsi” kimi bir təcrübəsi yoxdur və hüquq qüvvədə olduğuna görə burda vasitəçilərə ehtiyac yoxdur. Neçə ki, Minsk Qrupunun vasitəçilik missiyası var, Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək.

O ki, qaldı Qarabağda keçirilən “seçkiyə”, təbii ki, işğal altında qalan torpaqlarımızda avtoritar boşluq yaranıb. Belə vəziyyətlərdə cinayətkarlığın inkişafı, terrorizm, seçki və sair qeyri-qanuni nə varsa baş verə bilər. Azərbaycan indiki halda ora müdaxilə etmək imkanına malik deyil. Neçə ki, bu Minsk qrupu ilə razılaşır, neçə ki, Lissabon sammitinin nəticələrindən imtina eləməyib, belə də olacaq.

Lakin Azərbaycan çox ciddi addımlar atmalıdır və öz ərazisini işğaldan azad etmək istiqamətində işlər görməlidir. Baxın, İspaniyada-Kataloniyada muxtariyyat elan elədilər, amma həm İspan hökuməti qoşun yeridib onların bütün liderlərini həbs elədi, həm də bütün dünya ölkələri separatistlərin referendumunu tanımadı və onların ölkələri hansı ölkəyə getsə də, orada həbs eliyib İspaniyaya təhvil verdilər. Eləcə də İraqda kürdlər dinc yolla referendum keçirdilər, yenə də dünya nəticələri tanımadı. İndi sual olunur; nəyə görə İspaniyada və İraqda referenduma bu cür münasibət var, amma Azərbaycana qarşı başqa cür yanaşılır. Bu da Azərbaycana qarşı ikili standartın olduğunu göstərir. Bunun da səbəbi odur ki, biz əvvəldən Qarabağ probleminin həllində yanlış bir istiqamət götürmüşük. Qarabağ probleminin qlobal məsələyə  çevrilməsinə imkan vermişik. Halbuki bu bir milli problemdir və Azərbaycanın daxili işidir. Azərbaycanın daxili işi olduğuna görə bura nə Amerikanın, nə Rusiyanın, nə Fransanın, nə də başqa dövlətin qarışmaq ixtiyarı yoxdur. Amma biz problemin həllində vasitəçilik missiyasını qəbul eləmişiksə, bu da o deməkdir ki, biz bunu daxili problem kimi yox, beynəlxalq problem kimi görürük. Ona görə də məhz beynəlxalq güclərin vasitəçiliyindən istifadə edirik. Dediyim kimi, problemin həllində düyün nöqtələrindən biri bu məsələdir.

Azərbaycan bu “seçki” ilə bağlı beynəlxalq ictimaiyyətə özünün protestini ifadə eləməlidir. Ermənistan hökumətinə, Qarabağda məskunlaşan ermənilərə öz  xəbərdarlığını eləməlidir. Təbii ki, nəticələri tanınmamalıdır. Amma torpaqların azadlığı istiqamətində bütün hüquqi dözümlüyünü saxlamalı və bu istiqamətdə addım-adım cəhdlər eləməlidir.

 

“Azərbaycan maksimum istifadə edib bu şokdan yaxşı mənada çıxmalıdır”

 

- Koronavirusun yaratdığı vəziyyətdən istifadə edərək işğalçı hansı addımları ata bilər?

 

- Artıq qəbul etmək lazımdır ki, koronavirus dünyada yeni bir böhran yaradacaq. Bu böhran olduqca ciddi nəticələr verəcək. Artıq dünya əvvəlki dünya kimi olmayacaq, münasibətlər əvvəlki kimi olmayacaq. Böyük dövlətlər çökəcək, beynəlxalq münasibətlər yeni müstəvidə qurulacaq. Azərbaycan çalışmalıdır ki, bu yeni formalaşmış münasibətlər sistemində mümkün qədər əlverişli imkanlardan istifadə edib Qarabağ problemini həll eləsin. Yəni artıq “psixoloji şok” böhrandan çıxmanın əsas  faktorlarından biridir. İndiki halda bu koronavirus psixoloji şok yaradır və şokdan da ya pis mənada, ya da, yaxşı mənada çıxmaq olar. Azərbaycan maksimum istifadə edib bu şokdan yaxşı mənada çıxmalıdır. /üç nöqtə/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı