Koronavirusu 6 günə necə öldürməli?

09:39 03-04-2020 | icon 664 | Sağlamlıq
Koronavirusu 6 günə necə öldürməli?

İlk 1 həftənin SİRRİ!

 

Nəyə görə dünya səhiyyəsi bakteriya və mikroblardan çox viruslar qarşısında zəifdir. Niyə müasir tibb təkcə koronavirus yox, eləcə də quş qripi, donuz qripi, Ebola və Sarsa qarşı dərman –antibiotik tapa bilmir?

 
 
Bu günə kimi çox güclü antibiotiklər kəşf olunub, antibiotikin vəzifəsi hüceyrə səthi və hüceyrələri arasındakı sahədə çoxalan bakteriyaları yuyub aparmaqdır. Amma antibiotik bir maddə olaraq hüceyrənin daxilinə keçə bilmir. Virus isə tərslikdən hüceyrəni müdafiə qatını keçə bilir.
 
 
Viruslar mikrob və bakteriyalardan 1000 dəfə ölçüdə kiçikdir, 10000 dəfə isə istənilən toxuma hüceyrəsindən kiçikdir. Lakin buna baxmayaraq o özündən qat-qat böyük olan hüceyrə qatını keçə bilir.
 
 
Onun evi və qidası hüceyrənin daxilində olan maye – sitoplazma olur. Orda virus sürətlə çoxalır, bir hüceyrənin içində bir sutkaya 800-1200 yeni virus yaranır.
 
 
İnsanın və tibbin faciəsi də bundadır ki, hüceyrə öz daxilinə heç bir sintetik dərman molekulunu buraxmır. Bəlkə də bu Tanrı tərəfindən belə qurulub ki, hər dərman hüceyrənin içinə daxil olarsa, o zaman insanın orqanizmi çökər, bəlkə də bilmədiyimiz faciələr yaşanar.
 
 
Hər bir antibiotikin uzun -uzun zəncirli molekulu isə ümumiyyətlə hüceyrənin hec bir qatını da keçə bilməz. Virus bizim hüceyrəmizi özünə sərt qalxan edir. Bəs nəyə görə əksər hallarda hüceyrəsi virusa yem olan insan sağala bilir? Hansı gözəgörünməz sistem, proqram var. Bunun da cavabı tibbə məlumdur? Sözsüz ki, Tanrı hüceyrəni də müdafiəsiz qoymayıb. Hər hüceyrənin içincə öz qamma immunoqlobulini var ki, virusları öldürür. Lakin bu immunqlobulinlər mütləq insanın öz orqanizmində, qanında sintez olunmalıdır. Başqa orqanizmlərdən alınan immunoqlobulin işə yaramır, yəni hüceyrənin daxilinə keçə bilmir.
 
 

Virusa yoluxandan sonrakı 6 günün sirri

 
 
Koronavirusla yoluxandan sonra xəstə orqanizmə 6 gün lazımdır ki, vacib olan immunoqlobulin konsentrasiyasını hasil edə bilsin. Ona görə xəstə bu 6 günü maksimum dinc olmalı, müvafiq yardım almalıdır ki, orqanizminə dəstək olsun. İmmunoqlobulinlər sümük iliyində,dalaqda, qaraciyərdə yaranır.
 
 
80-90 faiz insanın immuniteti 5-7 gün ərzində səfərbər olub, immunoqlobulin "atəşinə" başlayır və başlamalıdır. Əgər cavab reaksiyası geciksə, immunoqlobulinlərin sintezi 12-17 gün çəksə (bəzən gec də olsa olur), immunitet zəifləsə, o zaman virusun hasil etdiyi toksinlər xəstəni ağır mərhələyə salıb, öldürə bilər.
 
 
 
Virusa yoluxmada ilk 5 günün müalicəsi necə olmalıdır?
 
 
Həkimin birinci 6 gün ərzində xəstəliyin ağır mərhələyə keçməsinə imkan verməməkdir.
6-7ci gün artıq orqanizm antitel hasilinə başlayacaq. O zaman xəstə təhlükədən yayınmış hesab olunur.
 
 
Bəs nə etməli? Virusların buraxdığı toksinlərin qanda miqdarını azaltmaq üçün qan dövranında qatılaşma varsa aradan qaldırmalı və onu maye ilə artırmalıdır. Yəni 70 kq çəkidə olan xəstənin qan dövranında 3 litr qan dövr edirsə, arteriyalara daha 2-3 litr əlavə maye buraxmaq lazımdır. Bunun üçün ya xəstəni çox maye içməyə vadar etməli, ya da venadaxili 3 litr fizioloji məhlul yeritmək lazımdır. Burda xəstənin böyrəkləri də nəzərə alınmalıdır.
 
 
İkincisi – qan dövranında elə kimyəvi maddələr var ki, onların molekulu toksinə yapışıb onun zəhərini azaldır. Bu da xəstəyə faydalıdır. Bu maddələr çoxdur,həkimlər bunu bilir. Siz bildiyinizi deyək – askorbin,yəni C vitamini. Çox güman ki, indi xəstələrin çoxu Cvitamin defisiti yaşayır. Virusla mübarizə üçün sistemə mütləq Cvitamini yüksək dozada əlavə edilməlidir.
Yenə də böyrək problemi olanlarda ehtiyatla...
 
 
Həkimlər çox gözəl anlayır ki, orqanizm daxildən immunoqlobulini sintez etməyənə kimi, kənardan olunan müdaxilələr sağalma verməyəcək. /medicina.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı