Deputatlardan AŞPA-ya etiraz

15:31 18-05-2018 | icon 539 | Gündəm
Deputatlardan AŞPA-ya etiraz

"Bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, etibarlı tərəfdaşdır. Bu, qərəzli dairələr tərəfindən narazılıqla qarşılanır. Onlar müxtəlif vasitərlə ölkəmizə təsir etməyə başlayır, Azərbaycan qarşı qara piar aparır, ölkəmizlə bağlı böhtan yayır, öz hesabatlarında qeyri-obyektiv fikirlər irəli sürürlər. Bunu biz AŞPA-da gördük".

 

Versus.az xəbər verir ki, deputat Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edərkən belə deyib. Bir neçə gün bundan öncə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbərinə qarşı qərəzli qərar qəbul edildiyini xatırladan deputatın sözlərinə görə, bu addım subyektiv və qərəzlidir:

 

"Bu, AŞPA-nın öz missiyasına qarşı hörmətsizlikdir. Lakin son baş verənlər göstərdi ki, AŞPA-da həmin tribunadan sui-istifadə edən erməni lobbiçiləri ilə fəaliyyət göstərənlər də var. Biz bu cür münasibəti qəbul etmir və qətiyyətlə pisləyirik. Bu neqativ cəhdlər heç bir nəticə verməyəcək".

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti daim ölkəmizin maraqlarını müdafiə edib:



“Həmin nümayəndə heyətində olan insanlar peşəkardılar. Deyirlər ki, Səməd Seyidovun korrupsiya əməlində iştirakı olmayıb. Amma sonra ona sanksiya tətbiq edilir. Bu, AŞPA-ya başucalığı gətirmir. Biz orada fəaliyyətimizi daha da əzmlə davam etdirməliyik”.

 

Deputat Fəzail İbrahimli isə deyib ki, Avropa Şurası Parlament Assambleyasında Səməd Seyidovu hədəfə götürülməsi təsadüfi deyil:

                                                     

“Səməd Seyidov AŞPA-da gedən prosesləri dərindən bilən, öz çıxışlarında daim ikili standartlara cavab verən şəxslərdən biri olub. İnanıram ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bundan sonra daha güclü fəaliyyət göstərəcək, öz sözünü deyəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol