"Heç bir oyun insan həyatından önəmli deyil"

11:33 03-04-2020 | icon 1022 | İdman
"Heç bir oyun insan həyatından önəmli deyil"

"Dünya yeni bir problemlə üz-üzədir. Belə vəziyyətdə dünya futbol ictimaiyyəti bir komanda kimi davranmalıdır".

 

Versus.Az xəbər verir ki, bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.

 

Futbol funksioneri koronavirus pandemiyası ilə əlaqədar dünyanın əksər ölkələrində yarışların dayandırılmasına münasibət bildirib. Ali futbol qurumunun rəhbəri indiki vəziyyətdə futbol barədə düşünmədiklərini söyləyib:

"Təbii ki, hamımız futbolun yenidən başlamasını istəyirik. Ancaq bunun nə zaman gerçəkləşəcəyini bilmirik. Sağlamlıq hər şeydən əvvəl gəlir. Bu pandemiyaya qalib gələnə qədər də əsas məqsədimiz məhz sağlamlığın qorunmasıdır. Səhiyyə əməkdaşlarının tələblərinə əməl etmək lazımdır. Heç bir oyun insan həyatından önəmli deyil. Gələcəklə bağlı hazırlıqlarımı bu düşüncə ilə görürük".

 

İnfantino futbol yarışları bərpa olunduqdan sonra təqvimlə bağlı həll yolları tapacaqlarına inam ifadə edib. O, futbolçuların müqavilələri ilə bağlı çalışmaların davam etdiyini də vurğulayıb:

"Müqavilələrə baxan bir İşçi Qrupumuz var. Yaxın müddətdə futbolçuları və klubları qoruyacaq təkliflər irəli sürəcəyik".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol