"Dövlətin siyasətini, Prezidentin qərarlarını sabotaj edənlər..."

15:00 03-04-2020 | icon 498 | Siyasət
"Dövlətin siyasətini, Prezidentin qərarlarını sabotaj edənlər..."

Əlisahib Hüseynov: "Koronavirusa qarşı mübarizə hər birimizdən vətəndaş məsuliyyəti tələb edir"

 

"Bu gün biz ikiqat müharibə şəraitindəyik. Bir yandan passiv formada davam edən Qarabağ müharibəsi, digər tərəfdən isə koronavirusun yaratdığı müharibə vəziyyəti ilə üz-üzəyik. Bildiyimiz kimi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu virusu pandemiya elan edib. Yəni ki, söhbət bütün bəşəriyyəti təhdid edən kütləvi bəladan gedir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

 

Hazırda dünyanı cənginə alan bu pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı hələ ki, dəqiq, konkret bir fikir söyləməyin, hər hansı bir proqnoz verməyin düzgün olmadığını deyən partiya sədri vurğuladı ki, əslində indi önəmli olan heç bu pandemiyanın nə vaxt bitəcəyi məsələsi də deyil:

 

"Hazırda ən ümdə məsələ bu kritik günlərdə ölkə əhalisinin sağlamlığını qorumaq, koronavirusun vətəndaşlarımız arasında total şəkildə yayılmasının qarşısını almaqdır. Məhz bu məqsədlə də Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Bu qərargah ölkədə koronavirus infeksiyasının geniş yayılmasına qarşı təxirəsalınmaz tədbirlər həyata keçirir, vacib qərarlar qəbul edir, vətəndaşlar arasında maarifləndirmə işləri aparır. Bütün bu işlər xüsusi karantin rejimində həyata keçirilir".

 

Hökumətin bu istiqamətdə gördüyü işləri yetərli və səmərəli hesab edən Ə.Hüseynovun fikrincə, görülən önləyici tədbirlər və sosial izolyasiya siyasəti hazırki situasiyaya tam uyğundur, adekvatdır:

 

"Pandemiya təhlükəsi artdıqca Operativ Qərargahın gərəkən önləyici tədbirlərin miqyasını genişləndirməsi və sərtliyini artırması da tamamilə normal qarşılanmalıdır. Hesab edirəm ki, bu gün heç kim karantin qaydalarının sərtləşdirilməsindən şikayət etməməlidir. Sadəcə olaraq hamımız bir nəfər kimi karantin qaydalarına əməl etməliyik".

 

Ə.Hüseynov qeyd etdi ki, özümüzün, doğmalarımızın və millətimizin sağlamlığını, təhlükəsizliyini düşünürüksə, hökumətin atdığı addımlara anlayışla yanaşmalı, hökumətin qərarlarına riayət edilməlidir:

 

"Bu çətin günlərdə dövlətin siyasətini, Prezidentin qərarlarını sabotaj edənlər, ərzağın və digər zəruri vasitələrin qiymətini süni surətdə qaldırıb möhtəkirlik edənlər də sərt şəkildə cəzalanmalıdır. Koronavirusa qarşı mübarizə hər birimizdən vətəndaş məsuliyyəti tələb edir. Bu gün vətəndaş məsuliyyətimizi və həmrəyliyimizi nümayiş etdirməyin tam zamanıdır. Hamımız dövlətin gördüyü işlərə dəstək verməliyik. Mən əminəm ki, dövlətlə xalqın həmrəyliyi sayəsində biz bu sınaqdan da üzüağ çıxacağıq".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI