Qənirə Paşayeva yardımlaşma kampaniyasını davam etdirir

20:32 03-04-2020 | icon 508 | Siyasət
Qənirə Paşayeva yardımlaşma kampaniyasını davam etdirir

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva seçildiyi 105 saylı seçki dairəsində yaşayan Qarabağ müharibəsi əlilləri və onların ailələri üçün lazım olan bütün virusdanqoruyucu tibbi ləvazimatları göndərib.

 

Versus.Az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayevanın köməkçisi İlqar Kərimov bildirib.

 

İ.Kərimovun sözlərinə görə, artıq cəbhə kəndləri olan Əlibəyli, Ağdam və Vahidlidə bu bağlamaların paylanılmasına başlanılıb:

“Qarabağ əlilləri səhhətlərinə görə hazırda koronavirus təhdidi baxımından ən həssas insanlardır. Ona görə millət vəkili Qənirə Paşayeva ilk olaraq Qarabağ əlilləri və onların ailələrinə koronavirusdan qorunmaq üçün lazım olan tibbi maska və spirt, dezinfeksiyaedici gellər, spreylər, xüsusi antibakterioloji vasitələr və s. hazırladaraq, göndərib. Günün sonuna qədər bu bağlamalar 105 saylı Tovuz seçki dairəsini əhatə edən kəndlərdəki Qarabağ əlillərinə çatdırılacaq”.

 

İ.Kərimov onu bildirib ki, tibbi qoruyucu vasitələrlə bərabər, ərazidəki Qarabağ əlilləri ailələrinin hər birinə ərzaq yardımı da edirlər. Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bu mövzuda imkanlı şəxslərə çağırış da etmişdi:

“Bu günlər həm də millətimiz üçün sınaq dövrüdür: günəmuzd və yaxud işəmuzd işləyənlərin hazırda evdə olduğunu və qazanclarının kəsildiyini nəzərə almalıyıq. İmkanlı şəxslərimiz onlara dəstək olmaqla, həm öz insanlıqlarını göstərə bilər, həm də bu ağır yükü çiyinlərinə götürən dövlətimizə dəstək vermiş olarlar. Çətin günlər geridə qalacaq, ancaq bu günlərdə insanlarımızın özünü necə aparması yaddaşlardan silinməyəcək” - deyə, millət vəkili bildirmişdi.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı