Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının onlayn xidməti davam edir

17:52 04-04-2020 | icon 497 | Sağlamlıq
Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının onlayn xidməti davam edir

Nərminə Abbasova: “Pasiyentlərimizə evdən çıxmamağı tövsiyyə edirik”

 

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikası Koronavirusla mübarizədə yaranmış vəziyyətlə əlaqədar başlatdığı onlayn xidməti davam etdirir.

 

Bu barədə Versus.Az-a Klinikanın baş həkimi, həkim-terapevt Nərminə Abbasova bildirib.

 

Nərminə xanım qeyd edib ki, karantin qaydalarına əməl edən xəstələr müayinəyə gəlmək mümkün olmadığı üçün Klinikanın onlayn xidmətindən yararlanırlar:

 

“Xəstələr onlayn qaydada səhhətləri ilə bağlı şikayətlərini bildirirlər. Həkimlərimiz də müəyyən məsləhət və tapşırıqlar verir. Ağrılarının azalması, hansı dərmanlardan necə istifadə etmək barədə məlumat veririk. Çalışırıq ki, karantin rejimində də olsa xəstələrimizlə ünsiyyətimiz davamlı olsun”.

 

Həkim-terapevt deyir ki, rayonlarda yaşayan pasiyentlərlə onlayn müayinə öncəsi ölkədəki mövcud durumla əlaqədar məlumatlar verir və onlara evdən çıxmamağı tövsiyyə edir:

 

“Vətəndaşın səhhəti ilə bağlı şikayətlərini dinləyirəm, xəstəliyi ilə bağlı suallar verib cavablardan vəziyyətini müəyyən etdikdən sonra tapşırıqlar verirəm. Qanunla telefonla müalicə olmaz, amma mövcud şərait bunu tələb etdiyi üçün xəstələrimizlə əlaqəmizi kəsmirik. Əsasən təbii vasitələrdən istifadəyə önəm verməsini məsləhət görürük”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Virus haqda o qədər bilgi əldə etmişəm ki...

Qənirə Paşayevadan tükürpədici ÇAĞIRIŞ

Elə indidən başlayın...

Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI

Söz cilalayıcılarından biri - MİRBAĞIR BÜNYADOV

“Müalicə uyuşmanın səbəbindən asılı olaraq dəyişir”

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

Kiyevdə yerli gənclər Azərbaycan rəqsinə oynadılar - VİDEO

Narkoz altında dəstəmaz aldı - VİDEO

Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı

Prezident Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik etdi

Mədəniyyət Komitəsinin sədri HƏSƏN BƏY ZƏRDABİDƏN YAZDI

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu