Arzu Bağırova da yardımlaşma kampaniyasına başladı
Birlik rəhbəri həmkarlarını da belə kampaniyalara qoşulmağa çağırdı
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi Masallı rayonu ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, şəhid ailələri və aztəminatlı insanlarımız üçün tibbi-gigiyenik vasitələr göndərib.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında birliyin rəhbəri Arzu Bağırova bildirib.
A.Bağırova qeyd edib ki, bölgələrdə bu vasitələrə daha çox ehtiyac olduğunu nəzərə alaraq bu addımı atıblar:
“Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və aztəminatlı insanlarımızın indiki məqamda daha çox qayğıya ehtiyacı olduğunu düşünürük. Ona görə də Masallı rayonundakı 100-dən çox ailəyə tibbi-gigiyenik hədiyyə göndərdik. Bu gündən onların siyahı üzrə paylanmasına başlanılacaq”.
A.Bağırova deyib ki, imkanları daxilində bu kampaniyanı davam etdirəcəklər və dövlətin koronavirusla mübarizəsinə öz töhfələrini verməyə çalışacaqlar. Birlik rəhbəri həmkarlarını da belə kampaniyalara qoşulmağa çağırıb.
SEVDA
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"