Koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib

00:25 05-04-2020 | icon 2210 | Gündəm
Koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib

Nazirlər Kabinetinin koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarı bu gündən qüvvəyə minib.

 

Versus.Az xəbər verir ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun 25-ci maddəsi əsasında Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri aşağıdakı qaydada tətbiq edilir:

 

1.1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:

 

1.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;

1.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

1.1.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;

1.1.4. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;

1.1.5. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

1.1.6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;

1.1.7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;

1.1.8. dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli əlavə);

1.1.9. dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;

1.1.10. hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

1.1.11. kütləvi informasiya vasitələrinin əməkdaşları;

1.1.12. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

 

1.2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

1.2.1. dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə);

1.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;

1.2.3. fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.

1.3. “ASAN Könüllüləri” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, "Regional İnkişaf" İctimai Birliyi, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. 

 

1.4. Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;

1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

 

1.5. Bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.

1.5.1. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

1.5.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);

1.5.3. 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.

 

1.6. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:

1.6.1. Azərbaycan Respublikasının vətəndaşları üçün - şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111);

1.6.2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimiyaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün - Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111);

1.6.3. Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111);

Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.

1.7. Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

1.8. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

1.9. SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

1.10. Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil etməlidirlər.

1.11. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir.

1.12. Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək. 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarına 1 nömrəli əlavə

 

Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin

 Siyahısı

 

1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 

2. “Azəriqaz” İstehsalat Birliyi

3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)

7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

8. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti

10. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti

11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

14. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

17. Bakı Nəqliyyat Agentliyi

18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

20. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi

21. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələri

22. Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar

23. Şəhər və rayon icra hakimiyyəti orqanlarının kommunal xidmətləri həyata keçirən qurumları

24. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

25. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

26. “AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

27. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti

28. Dövlət Avtomobil Nəqliyyatı Xidməti

29. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi

30. “Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti

31. “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti

32. “AzerFon” Məhdud Məsuliyyətli Cəmiyyəti

33. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət və sosial reabilitasiya müəssisələri

34. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri

35. Məişət tullantılarının yığılması və utilizasiyası müəssisələri

36. Yanacaqdoldurma məntəqələri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarına 2 nömrəli əlavə

 

Məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin Siyahısı

 

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi

4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

7. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

8. Azərbaycan Respublikasının Energetika Nazirliyi

9. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

10. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

11. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

12. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

13. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

14. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

15. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

16. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

17. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

18. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

19. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

20. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

21. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

22. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi

23. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)

24. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

25. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar

26. Azərbaycan Respublikasının Dövlət Neft Fondu

27. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

28. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

29. Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi

30. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

31. Azərbaycan Respublikasının Hesablama Palatası

32. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

33. Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu

34. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

35. “Azərkontrakt” Səhmdar Cəmiyyəti

36. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...