Tovuzlular karantinlə bağlı təlimatlandırılır

00:54 05-04-2020 | icon 509 | Sosial
Tovuzlular karantinlə bağlı təlimatlandırılır

Artıq bir neçə gündür ki, millət vəkili Qənirə Paşayevanın rəhbərlık etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (İB) və Tovuz Gənclər Evinin təşkilatçılığı ilə Gənclər Evinin könüllülərdən ibarət qrup üzvləri yaşı 65-dən çox olan və tənha yaşayan sakinləri və Hemodializ xəstələrini ziyarət etmiş, onlara dezinfeksiya edici və müxtəlif virusdan qoruyucu tibbi vasitələrdən ibarət yardım ilə köməklik göstəriblər.

 

Versus.Az-ın məlumatına görə, Tovuz rayonu sakinləri xüsusi karantin rejiminə tabe olur, evdən bayıra az çıxırlar.

 

Bu gün də könüllülərdən ibarət mobil qrup üzvləri gün ərzində gəzərək vətəndaşlara bir daha xüsusi karantin haqqında məlumatlar verib, sakinlərin evdə qalmaları üçün təbliğat xarakterli bukletləri rayonun ictimai yerlərində, o cümlədən dayanacaqlarda, mağaza, dükan və iaşə obyektlərində, yaşayış massivlərində, küçə və digər yerlərdə sakinlərə paylamış və onlara #EvdəQal-araq özlərini və digər vətəndaşlarımızı qorumağa çağırış etmişdilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol