Partiya sədri iri marketlərə səsləndi

17:49 05-04-2020 | icon 823 | Sosial
Partiya sədri iri marketlərə səsləndi

İqbal Ağazadə: "Bu vasitə ilə imkansız vətəndaşlarımıza yardım etmək mümkündür"

 

"Təklif edirəm ki, bütün iri və məhəlli marketlərdə "Ehtiyacın varsa, götür, imkanın varsa, yardım et!" elanı ilə rəflər yaradılsın".

 

Versus.Az xəbər verir ki, bu barədə Ümid Partiyasının sədri İqbal Ağazadə özünün "Facebook" hesabında yazıb.

 

Partiya sədri bildirib ki, bu vasitə ilə imkansız vətəndaşlarımıza yardım etmək mümkündür:

"Bəzən birimizin bir çörək, ya bir qutu çay yardım etməyə gücümüz çatır. Lakin yardımımızın az olmasına görə elə olur ki, onu ehtiyacı olan ailələrə çatdırmağa utanırıq. Təklif etdiyimiz qayda olsa, hər kəs bu kampaniyada iştirak edə bilər. Təklifimiz bu ki, "Ehtiyacın varsa, götür, imkanın varsa, yardım et!" elanı ilə yaradılan rəflər marketlərin girəcəyində yaradılsın. Yardım etmək istəyən vətəndaşlar kassada aldıqları ərzaqlara ödəniş etdikdən sonra həmin ərzaqları "Ehtiyacın varsa, götür, imkanın varsa, yardım et!" elanı ilə yaradılan rəflərə qoysunlar və beləcə də ehtiyacı olanlar o rəflərdən ehtiyac duyduqları ərzaqları götürə, yardım etmək istəyənlər isə oraya yerləşdirə bilərlər. Yardımın böyüyü-kiçiyi olmaz deyiblər. Və beləcə cəmiyyətlər, toplumlar bütövləşməyə, sosiallaşmaya, sevgiyə, qayğıkeşliyə, diqqətə, insanlığa bu cür addımlarla öyrəşdirilir, vərdişlər belə formalaşdırılır".

 

İ.Ağazadə iri marketlərə - "Bravo", "Araz", "Favorit", "Rahat", "Oba" və digərləri, cümlədən məhəlli marketlərə səslənərək, "bu təşəbbüsü gerçəkləşdirin ki, ehtiyacı olan insanlarımıza hamı yardım edə bilsin, ölkəmizin bu çətin dönəmində #evdəqal kampaniyası zamanı ac insanımız olmasın. Bu ağır günlərdə hamımız bir yerdə olaq, kimsə ümidsiz olmasın" - deyib.

 

Qeyd edək ki, sosial şəbəkələrdəki paylaşımlarda artıq Göyçayda mağazaların birində belə bir rəfin yaradıldığı qeyd edilb. İ.Ağazadə bu addımı alqışladığını və bütün marketləri bu kampaniyaya qoşulmağa çağırdığını bildirib.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür