Ağcabədidə iki qardaşın üstünə benzin tökərək yandırıblar

10:48 06-04-2020 | icon 368 | Hadisə
Ağcabədidə iki qardaşın üstünə benzin tökərək yandırıblar

Ağcabədidə iki qardaşın üzərinə benzin tökərək yandırıblar.

 

Versus.Az xəbər verir ki, hadisə rayonun Boyat kəndində qeydə alınıb. Kənd sakinləri Ehtiram Əliyev və Yaşar Əliyev yanıq xəsarətləri ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Araşdırmalar zamanı məlum olub ki, kənd sakini Amil Əmrahov münaqişə zəminində E. Əliyev və Y. Əliyevin üzərilərinə benzin tökərək onları yandırıb.  

 

İlkin məlumata görə, E. Əliyev və Y. Əliyev A. Əmrahov və onun qardaşı Aftandil Əmrahova telefonda nalayiq ifadələr işlədiblər.

 

Daha sonra onlar kəndin kənarında görüşüblər. Bu zaman Amil Əmrahov idarə etdiyi avtomobildən benzin götürərək E. Əliyev və Y. Əliyev üstünə töküb, daha sonra alışqanla onları yandırıb. 

 

E. Əliyev və Y. Əliyev qardaşları Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, daha sonra isə Bakıdakı Yanıq Mərkəzinə köçürülüblər.

 

Hadisə zamanı Amil Əmrahov özü də yanıq xəsarətləri alıb, Aftandil Əmrahov şübhəli şəxs qismində saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür