"İnsanlar üzərində ilk tədqiqatlar aparılmalıdır"

13:51 06-04-2020 | icon 1300 | Sağlamlıq
"İnsanlar üzərində ilk tədqiqatlar aparılmalıdır"

Avstraliyalı alimlərin “Antiviral Research” jurnalında dərc etdirdikləri tədqiqat işində ekspertlər “İvermektin” preparatının hüceyrələrdə SARS-cov-2 virusunun artımını 48 saat ərzində dayandırdığı barədə məlumat veriblər.

 

Versus.Az AMEA-nın saytına istinadən xəbər verir ki, “İvermektin” virusların geniş spektrinə qarşı öz effektivliyini sübut etmiş parazit əleyhinə preparatdır.

 

Alimlər bildirib ki, sınaqlar hələlik “in vitro” (sınaq şüşəsində təcrübələrin aparılması) həyata keçirilir. Buna görə də insanlar üzərində ilk tədqiqatlar aparılmalıdır. İşin müəlliflərinin sözlərinə görə, insanlar üçün mümkün dozanın koronavirusaya qarşı effektiv olub-olmayacağı aydınlaşdırılmalıdır.

 

naukatv.ru saytının məlumatına görə, “İvermektin”in köməyi ilə virusa təsir edən mexanizm hələlik məlum deyil. Lakin onun digər viruslara təsirinə əsaslanaraq alimlər güman edirlər ki, preparat patogenin hüceyrə nüvəsinə daxil olduğu virus zülallarını bloklayır.

 

Avstraliyalı mütəxəssislər komandası artıq 10 ildən çoxdur ki, müxtəlif viruslarla mübarizədə “İvermektin”in effektivliyini tədqiq edirlər. COVID-19 ilə mübarizədə bu preparatın tətbiqi kliniki sınaqların nəticələrindən asılı olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol