İcazə vərəqələrini 20 manat müqabilində satıb

16:10 06-04-2020 | icon 540 | Hadisə
İcazə vərəqələrini 20 manat müqabilində satıb

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir.

 

Daxili İşlər Nazirliyindən Versus.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini tərk etmək üçün tələb olunan icazə sənədini saxtalaşdıraraq pul müqabilində satan və bununla da karantin qaydalarını kobud şəkildə pozan şəxslər saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, İmişli rayon sakini “Meqata” MMC-nin sahibi Mehman İmanov Bakı şəhəri ərazisində sərbəst gəzmək üçün paytaxtın Nizami rayonunda yerləşən ofisində özünə məxsus kompüterdə saxta icazə vərəqələri çap edib. O, icazə vərəqələrini 20 manat müqabilində tanışları paytaxt sakini Rahib Qurbanov və və Gədəbəy rayon sakini Arzuman Abdullayevə 20 manat müqabilində satıb. Hər 3 şəxsin polislər tərəfindən saxlanılıb və onlar etdikləri qanunsuz əməli etiraf ediblər.

 

Hazırda saxlanılan şəxslərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmələri istiqamətində işlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyi bir daha vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin