Paşayeva və "Hünər" qrupu 500-dən artıq veterana tibbi-gigiyenik ləvazimat göndərib
Millət vəkili Qənirə Paşayeva və “Hünər” qrupu koronavirus pandemiyasından qorunmaq üçün 105 saylı Tovuz seçki dairəsinin ərazisində yaşayan 500-ə yaxın Qarabağ müharibəsi veteranına və onların ailələrinə tibbi-gigiyenik ləvazimat göndərib.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev bildirib.
E.Vəliyev deyib ki, bir neçə gün öncə millət vəkili Qənirə Paşayeva Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün də ərzaq və tibbi ləvazimat göndərmişdi:
“Qənirə xanım hər zaman bizi diqqət mərkəzində saxlayır. Belə bir çətin vəziyyətdə də millət vəkilimiz müharibə veteranlarını unutmadı. Bu gün rayonumuza veteranlar üçün koronavirusa qarşı bütün tibbi-qoruyucu vasitələr göndərib. Hazırda biz bu ləvazimatların paylanması ilə məşğul oluruq".
E.Vəliyev vurğuladı ki, göndərilən ləvazimatların hamısı Əlibəyli, Ağdam, Vahiməli, Qovlar, Eyyublu, Düz qırıxlı, Qaraxanlı və digər kənd və qəsəbələrdəki 500-ə yaxın veterana paylanılacaq:
"Veteranlar adından millət vəkilinə təşəkkür edirəm”.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"