"Prezidentin bu çağırışına da aidiyyatı qurumların birmənalı reaksiya göstərməsinə ehtiyac var"

18:30 06-04-2020 | icon 408 | Siyasət
"Prezidentin bu çağırışına da aidiyyatı qurumların birmənalı reaksiya göstərməsinə ehtiyac var"

Razi Nurullayev: "İnanıram ki, ölkə Prezidenti sosial yardım layihələri ilə bağlı təqdim edilən paketləri bir daha gözdən keçirəcək və..."

 

"Prezident İlham Əliyevin bu gün Azərbaycan xalqına etmiş olduğu müraciəti çox diqqətlə oxudum. Bu müraciətdə bir çox vacib məqamlar və xalqı düşündürən narahatedici məsələlər yer alıb. Aydın görünür ki, ölkə Prezidenti xalqı narahat edən məsələlərin daha tez, təcili həllində israrlıdır. İki həftə ərzində tibbi maska istehsalına nail olmaq böyük nailiyyətdir. Mən bunu Prezidentin qətiyyətinin təzahürü kimi qiymətləndirməklə yanaşı, həm də aidiyyatı qurumlara və səlahiyyətli şəxslərə ciddi mesaj kimi görürəm".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.

 

Millət vəkili qeyd edib ki, 2015-ci ildən başlayan manat dəyərsizləşməsi ölkə iqtisadiyyatının boşluqlarını tam ortaya qoydu. Bunlardan biri də dərman məmulatlarının və tibbi ləvazimatların milli istehsalının sıfır nöqtədə olması idi:

"Prezident o zaman çox israrlı və qətiyyətli yanaşmalar ortaya qoymuşdu və nəticədə artıq ölkədə iki zavod işə düşüb və bir zavod da bu gün istehsala başlayır. Prezidentin rekord müddətə - iki həftəyə - ərsəyə gətirtdiyi zavod həm də aidiyyatı qurumlara bir töhmət kimi nəzərdən keçirilməlidir. Keçən beş ildə dərman preparatlarının və tibbi ləvazimatların istehsalı ilə bağlı xeyli görülən iş olsa da, potensial az istifadə edilib. Onun üçün də iki həftəyə ərsəyə gələn tibbi maskalar zavodu birbaşa ölkə Prezidentinin əməyidir".

 

R.Nurullayev vurğuladı ki, Prezidentin verdiyi bir mesaj da möhtəkirlərlə bağlıdır:

 

"Doğurdan da maskanı gizləyənlər, onu baha qiymətə satıb asan yolla varlanmaq istəyənlər var. Vətəndaşların faciəsi üzərində pul qazanmaq istəyi qəbuledilməzdir. Onun üçün də Prezidentin bu çağırışına da aidiyyatı qurumların birmənalı reaksiya göstərməsinə ehtiyac var. Çünki, elə bu gün də bu möhtəkirlik fakt olaraq qalır".

 

Prezidentin müraciətində Bakıda və regionlarda müasir tipli yeni xəstəxanların da tikintisinin öz əksini tapdığını deyən millət vəkili bildirdi ki, bu vacib məsələ son günlərin ən çox müzakirə edilən məsələlərindən olub və Prezidentin müsbət reaksiyası xalqın istək və arzularının keçərli olduğu anlamına gəlir. R.Nurullayevin sözlərinə görə, Prezident dezinfeksiyaedici məmulatların da ölkədə istehsal edilməsi mesajını verib. Demək ki, ölkədə müxtəlif sahlərdə milli istehsala ciddi önəm verilir və bu məsələlərə ölkə Prezidenti birbaşa rəhbərlik edir. Bu həm də yeni iş yerlərinin açılmasıdır:

"Sonda, xalqın gözləntisini də demək istəyirəm. Xalq anlayıb ki, ölkə Prezidentinə uzun illər doğru-dürüst məlumatlar verilməyib, bəzən şişirdilmiş rəqəmlər deyilib, xalqın gözləntisi, yaşayışı və istəkləri barədə məlumatlar gizlədilib. Prezident xalqla görüşündə bunları etiraf edib. İndi Prezident çox şeyi özü görür, özü məəlumat alır və özü edir. Elə buna görə də insanlarda gələcəyə inam və ümid daha da artıb. Onun üçün də inanıram ki, ölkə Prezidenti sosial yardım layihələri ilə bağlı təqdim edilən paketləri bir daha gözdən keçirəcək və orada olan boşluqları həll edəcək. Ölkədə 5 milyon 190 min iqtisadi fəal əhali var. Ayrılan vəsaitlər 1 milyon 645 min işçinin sosial rifahına sərf ediləcək. Axı ölkədə qeyri-rəsmi işləyən, əmək müqaviləsi olmayan, adı məşğulluq mərkəzlərinin işzislər siyahısında yer almayan, gündəlik çax-çux edib ailəsini dolandıran daha 3 milyon yarım əhali var. Onlar yardımdan kənarda qalıb. İnanıram ki, dövlət başçısı onlarla bağlı təcili araşdırmanın aparılmasını və yardım gösətrilməsinə də göstəriş verəcək.

Mən Prezidenti və xalqımızı cəmi iki həftəyə başa gələn və ölkənin ehtiyacını ödəyəcək qədər tibbi maska istehsal edən zavodun açılması münasibətilə ürəkdən təbrik edirəm!"

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol