Əfv sərəncamı cəmiyyətdə həmrəylik hisslərini daha da gücləndirəcək

22:43 06-04-2020 | icon 216 | Siyasət
Əfv sərəncamı cəmiyyətdə həmrəylik hisslərini daha da gücləndirəcək

 

ƏLİSAHİB HÜSEYNOV
/DADP sədri/

 

Bu gün ölkəmizdə iki mühüm və olduqca xoş hadisə baş verdi. Öncə əfv sərəncamından danışmaq istəyirəm. Dövlətimizin başçısı bu gün 200-ə qədər məhkumun həbsdən çıxaraq ailələrinə qovuşması üçün əfv sərəncamı imzaladı. Mən Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamına görə ona təşəkkür edirəm və bu əfv sərəncamını birmənalı olaraq yüksək humanizm nümunəsi kimi dəyərləndirirəm. Dünyamızın və ölkəmizin pandemiya təhlükəsi ilə üz-üzə qaldığı indiki həssas dönəmdə İlham Əliyevin bu addımı cəmiyyətdə yaxşı mənada böyük rezonans doğurdu, rəğbətlə qarşılandı. Bu gün 176 məhbusun əfv edilməsi hamımız üçün həqiqətən də xoş sürpriz oldu. Prezident bu addımıyla cəmiyyətin psixoloji ovqatında istilik yaratdı və həmrəylik hisslərini gücləndirdi. Mən Prezidentin bu addımını həm öz adımdan, həm də partiya üzvlərimiz adından alqışlayıram. Eyni zamanda əfv edilənləri də təbrik edirəm. Əminəm ki, bu gün adları əfv siyahısında yer alanlar da öz növbəsində dövlət başçısının onlara göstərdiyi etimadı və inamı doğruldacaqlar.

 

İlham Əliyev bu gün sözügedən əfv sərəncamını imzalayıb bir çox məhbusların, o cümlədən xəstə və yaşlı insanların həbsdən buraxılmasına qərar verməklə həm o məhbusların özlərini və ailələrini sevindirdi, həm də cəmiyyətimizə növbəti dəfə birlik və bərabərlik, milli həmrəylik mesajları vermiş oldu. Odur ki, Prezidentin bu addımını qeydsiz-şərtsiz alqışlamaq lazımdır və alqışlayırıq.

 

Biz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman xalqın yanında olmalarının və onların vətəndaşların üzləşdikləri real problemlərin həlli üçün səylə çalışmalarının daha bir nümunəsini bu gün Sumqayıt Kimya-Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılmasında gördük. Dövlət başçısının və Birinci vitse-prezidentin iştirakı ilə açılan bu müəssisə tezliklə vətəndaşlarımızın bu zəruri tibbi qoruma vasitəsinə olan tələbatını tam təmin edəcək və hətta xarici ölkələrə də ixrac etmək imkanı yaradacaq. Prezident hazırda ölkədə maska, tibbi spirt və digər dezinfeksiyaedici maddələrin istehsalına başlanılmasını xüsusi prioritet kimi diqqət mərkəzində saxlayır. Bu gün əksər ölkələrin bu vasitələrin çatışmazlığı, defisiti ilə üzləşdiyi belə bir böhranlı məqamda Azərbaycanda bu vasitələrin istehsalına başlanılması həm xalqımızın sağlamlığını qorumaq baxımından mühüm töhfə olacaq, həm də dünya birliyinin koronavirusla mübarizəsinə ciddi təkan verəcək. Bütün bunlar onu göstərir ki, Azərbaycanın dövlət başçısı dünyanı cənginə almış pandemiya ilə mübarizədə bəzi liderlərdən fərqli olaraq tez-tez pafoslu açıqlamalar, bəyanatlar verməklə yox, əməli işlə məşğuldur və sözügedən infeksiyanın ölkədə geniş yayılmaması üçün real rejimdə hərəkət edir, proseslərin nəbzini nəzarətdə saxlayır və zəruri önləyici tədbirlərin görülməsi üçün adekvat göstərişlər verir. Bir sözlə, İlham Əliyev effektiv lider olduğunu bir daha təsdiqləyir. İnanırıq ki, Prezidentin son addımları hazırki çətin vəziyyətdə xalqımızın daha da sıx birləşməsinə zəmin yaradacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

Deputat Azərbaycan xalqını təbrik etdi

Pandemiyanın “ikinci dalğası” gözlənilir?

ALDP sədrindən RAMAZAN TƏBRİKİ