"Bütün bunlar virusun kütləvi yayılmasının qarşısını alacaq"

12:13 07-04-2020 | icon 446 | Siyasət
"Bütün bunlar virusun kütləvi yayılmasının qarşısını alacaq"

Fuad Əliyev: "Tibbi maska istehsalı vaxtında həyata keçirilən layihədir"

 

"Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı vacib və vaxtında həyata keçirilən bir layihədir".



Versus.Az xəbər verir ki, bunu Sumqayıtda tibbi maska istehsalı müəssisəsinin fəaliyyətə başlaması ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyib.



F.Əliyev qeyd edib ki, xüsusilə də koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı, istehsalçı ölkələrin isə tibbi maska ixracını dayandırması bir vaxtda bu fabrikin açılması mütləq idi:

"Hesab edirəm ki, daxili bazarın tələbatını ödəyəndən sonra, tibbi maskaların ixracını da fikirləşmək olar. Xüsusi karantin, bu müəssisənin açılışı və digər qabaqlayıcı addımlar virusun kütləvi yayılmasının qarşısını alacaq. Sadəcə, bir daha bildirmək istəyirəm ki, vətəndaşlar dözümlü, səbirli olsunlar, panikaya düşməsinlər". /avrasiya.net/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı