Fərqli situasiyanın ƏFVi

13:05 07-04-2020 | icon 1005 | Kürsü
Fərqli situasiyanın ƏFVi

Əfv vicdani hissin parlaq ifadəsidir...


ELMAN BABAYEV

 

Prezident Ilham Əliyevin sonuncu əfv sərəncamının gözdən salınması üçün kampaniya aparılmaqdadır. Söhbət ondan gedir ki, Müsavat, AXCP və onlara yaxın sosial şəbəkə istifadəçiləri tərəfindən Akif Çovdarovla, Sübahir Qurbanovun əfv olunanlar arasında yer alması məqsədli şəkildə siyasiləşdirilir. Məqsəd təbii ki, bu humanist addıma kölgə salmaqdır. Xüsusilə, Akif Çovdarovun üzərində dayanılır. İnanın, əgər bu şəxs siyahıda yer almasaydı, tam əksinə kampaniya aparacaqdılar - “Niyə Akif Çovdarov azadlığa buraxılmadı” sualı ətrafında kampaniya qurub yenə də əfv qərarı gözdən salınacaqdı.

 

Sərəncam dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların azadlığa buraxılmasını özündə ehtiva edir. Əfv sərəncamı məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları da nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanaraq imzalanıb. Akif Çovdarov və Sübahir Qurbanovun xəstə olmaları da cəmiyyət üçün gizlin deyil.

 

Hər hansı məhkum əfv ediləndə onun cəmiyyət üçün nə qədər təhlükəli olub-olmaması da xüsusi önəm daşıyır. Əfv olunanlar arasında yer alan bu iki şəxs hazırda cəmiyyət üçün təhlükəli hesab oluna bilərmi? Əlbəttə ki yox! Zamanında bu şəxslər dövlətin onlara verdiyi görəvdən sui-istifadə edib müəyyən cinayətlər törədiblər. İndi həmin vəzifə, səlahiyyət yoxdur. Ürəyi xəstə, yaşlı və heç bir səlahiyyəti olmayan Akif Çovdarov və ya başqası bundan sonra nə edə bilər ki?!

 


Digər tərəfdən, sərəncamın əhatə dairəsi dəqiqdir. Yəni dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumları əhatə edir. Onların ailə üzvlərinin Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətləri nəzərə alınaraq qısa müddətdə böyük iş aparılıb, məhkumların sağlamlıq vəziyyəti və başqa amillər nəzərə alınraq, humanizm prinsiplərinə əsaslanaraq 176 nəfər əfv olunub.

 

Bu siyasi bir əfv qərarı deyil. Daha da konkretləşdirsək, siyasi məhbus kimi hansısa qurumların siyahısında yer alan şəxslərin əfv olunmasını və ya hansısa önəmli gün ərəfəsində verilən əfv fərmanı deyil. Bu, koronavirusla bağlı bütün dünyada yaranmış vəziyyətdən doğan, insanların sağlamlığını qorumaq üçün verilən humanist bir qərardır! Prezident Akif Çovdarovu, Sübahir Qurbanovu adi şəraitdə əfv etməyib ki?! Koronovirusla bağlı vəziyyət hamıya məlumdur. Xəstəlik daha çox 65 yaşdan yuxarı şəxslərin həyatına təhlükə yaradır. Əfv zamanı ayrı-seçkilik olunmadan bu amil nəzərə alınıb.


Prezident İlham Əliyevin koronovirusun qarşısının alınması ilə bağlı atdığı addımların kökündə insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı dayanır. İnsanların,ümumilikdə dövlətin bu sınaqdan daha az zərərlə çıxması üçün genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir. Prezidentin imzaladığı sonuncu əfv sərəncamı məhz bu mənada xüsusi əhəmiyyət daşıyır.

 

Nə deyilməsindən asılı olmayaraq, sonuncə əfv sərəncamı indiki şəraitdə cəmiyyəti vətəndaş birliyinə, həmrəyliyi gücləndirməyə, anlaşma ovqatına kökləyəcək.

 

Yeri gəlmişkən qeyd edək ki, daha fərqli bir şəraitdə imzalanan sonuncu əfv sərəncamı da daxil olmaqla, 2003-cü ildən bəri İlham Əliyev sayca 34 əfv sənədinə imza atıb. Bununla yanaşı, çoxsaylı Amnistiya aktları ilə xeyli sayda insan azadlığa qovuşub.

 

İnsan xarakterinin, şəxsiyyətin daxili aləminin ən üstün cizgisi onun kindən uzaqlığı, bağışlamağa səmimən hazır olmasıdır. Əfv humanizmdir; əfv ədalətli addımdır, vicdani hissin parlaq ifadəsidir. Əfv edən böyükdür!!!.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”