“Prezident tərəfindən sərgilənən mövqe prinsiplərimizə uyğundur”

16:32 07-04-2020 | icon 406 | Siyasət
“Prezident tərəfindən sərgilənən mövqe prinsiplərimizə uyğundur”

Fərəc Quliyev: “Biz partiya olaraq islahatlar kursunun milli strateji hədəflərə xidmət etdiyini qəbul edir və dəstəkləyirik”

 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Prezidentin Sumqayıtda yeni tibbi ləvazimat müəssisəsindəki çıxışı ilə bağlı maraqlı açıqlama verib.

 

MDHP-nın Mətbuat Xidmətindən Versus.Az-a verilən məluamata görə Fərəc bəy Prezidentin çıxışında daha çox diqqət çəkən nüanslara toxunub.

 

O, məlum açıqlamasında bildirib ki, Prezidentin, ümumiyyətlə son dövrdəki çıxışları əsasən ölkənin gələcək siyasi taleyinə münasibəti özündə ehtiva edir:

“İnkişaf və təhlükəsizlik doktrinasının müddəaları yanaşmalarda baza prinsipi kimi götürülür. Məlum səbəblərdən İndi strateji planda rasional qərarlar qəbul edə bilmək daha çətindir. Çünki bizi əhatə edən problemlər oldugu kimi qalmaqdadır. Üstəlik proqnozlaşdırılmamış hadisələr baş verir. Pandemiya bütün bəşəriyyəti sarsıdıb. Hadisələr məzmunca oxşar olsa da hər region və hər dövlətin və millətin özünəməxsusluqları gerçəkdir. Ona görə də obyektiv prinsiplərin maksimum ondə tutulması şərt olsa da, bir çox hallarda sübyektiv yanaşmalar qaçılmaz olur. Məncə Prezident bu çərçivələri nəzərə alaraq əsasən 3 istiqaməti bəyan etdi:
Birinci: qarşılaşdığmız gözlənilməzlik ağır olsa da, dəf olunandır. Bu istiqamətdə genişmiqyaslı tədbirlər görülür. Sumqayıtda açılan zavod bu tədbirlərdən biridir. Açığı bu həm də istehsal sahəsi olaraq məşğulluğa da töhvədir. Gələcəkdə bu müəssisə profilini dəyişərək başqa mallar da istehsal edə bilər.
Elə buradan ikinci məzmun ortaya çıxır: Qeyri-neft sektorunun inkişafında maraqlıyıq. Bu vacib xətdir. Mən parlamentdə sürəkli olaraq neftdən asılı olmayan büdcənin formalaşması tədbirlərinin görülməsinin vacibliyini bildirmişəm. Bu gün siyasi planda bir çox mütərəqqi ideyalarla yanaşı qeyri-neft sektorunun inkişafını da rəhbər tutmaq dövrün çağırışıdır və Prezidentin, xüsusən son dövrdəki çıxışları bunun bariz nümunəsidir.

Üçüncü, mühüm istiqamət islahatlarda qərarlı olmanı nümayiş etdirməkdir”.

Fərəc Quliyev Prezidentin bu istiqamətlərdə çağırışlarını müdafiə etdiyini bəyan edib. O, bildirib ki, Prezident bu, partiyanın mövqeyi məramnaməsində əks olunmaqla yanaşı, bələdiyyə, parlament və Prezident seçkilərində təbliğat dönəmində bütün cəmiyyətə bəyan olunub.

                                          

“Prezident tərəfindən sərgilənən mövqe prinsiplərimizə uyğundur. Yeri gəlmişkən, mən özüm də pandemiya sonrakı dövr üçün dirçəliş mahiyyətli təkliflərimi ardıcıl verirəm və bu davamlı olacaq. Biz partiya olaraq islahatlar kursunun milli strateji hədəflərə xidmət etdiyini qəbul edir və dəstəkləyirik. Çünki biz olkəmizin üzləşdiyi taleyüklü məsələlərə münasibətə adekvat olan yeni bir cəmiyyət anlaşması və davranışına ehtiyac olduguna inanırıq. İslahatların uğurla davam etməsini arzulayan milli –demokratik düşərgəyə aid olan müxalifətin fəaliyyəti ən azından bu kursa munasibətdə rasional implus olmalıdır”- deyə MDHP-sədri bildirib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?