“Azərbaycanda XALQ-PREZİDENT HƏMRƏYLİYİ nümayiş olunmalıdır” - MÜSAHİBƏ

16:55 08-04-2020 | icon 566 | Siyasət
“Azərbaycanda XALQ-PREZİDENT HƏMRƏYLİYİ nümayiş olunmalıdır” - MÜSAHİBƏ

Hafiz Hacıyev: “Bəzi qüvvələr var ki, Prezidentin bu sahədə apardığı işləri səmimi qəbul edə bilmirlər”

 

Koronavirus pandemiyası ilə bağlı yaşadığımız karantin müddəti heç də rahat keçmir. Mövcud vəziyyətlə əlaqədar olaraq hər kəsin Ailə, Cəmiyyət, Dövlət qarşısında götürdüyü bir öhdəliyi, məsuliyyəti var. Necə edək ki, bütün dünya üçün ağır olan bu mərhələdən daha az zərərlə çıxa bilək?

 

Versus.Az xəbərverir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev müsahibəsində gündəmi zəbt edən bir çox nüanslara toxunub.

 

- Hafiz bəy, karantin mərhələsində olan ölkəmizin mövcud vəziyyətlə bağlı durumunu necə dəyərləndirirsiniz, görülən işlər nə dərəcədə qanedicidir?

 

- Prezidentimiz bu sahədə çox böyük işlər görür. Belə ki, ölkə başçısı tərəfindən karantin rejiminin vaxtında tətbiq edilməsi,  zamanında aparılan dezinfeksiya işləri və sair qabaqlayıcı tədbirlər bu gün millətimizin xeyrinə işləyir. Başqa inkişaf etmiş ölkələrlə müqayisədə, pandemiyadan az zərərlə çıxmaq üçün görülən işlər Azərbaycanda özünü müsbət şəkildə ifadə edir. Hazırda maska qıtlığının yarandığını nəzərə alaraq problemin aradan qaldırılması üçün maska istehsalına başlandı.  Prezidentin öz iradəsini ortaya qoyaraq gördüyü işləri çox müsbət qiymətləndirməliyik. Və daha da inkişaf etdirilməsi üçün Azərbaycanda Xalqla-Prezident həmrəyliyi nümayiş olunmalıdır. Sadə vətəndaşların isə bu prosesdə dövlətə olan ən böyük dəstəyi “evdəqal” kampaniyasına düzgün riayət etməsidir. Bu gün hamımız həmrəy şəkildə ailəmizi, cəmiyyətimizi və dövləti bu bəladan necə xilas etməyi düşünməliyik. Hamı “evdəqal” kampaniyasına ciddi yanaşmalıdır.

Görünən odur ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda virusa tutulma halları o qədər də inkişaf etməyib. Amma biz arxayın olmalı deyilik, lazımı tədbirlərimizi görməliyik.  Bugünkü durum hesab edirəm ki, vaxtında qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlıdır. Bu da cənab Prezidentin ciddi səyləri nəticəsində ortaya qoyulub. Bundan sonra da biz qarşıya qoyulan vəzifələrə, qaydalara düzgün əməl etsək, mənə elə gəlir ki, virus pandemiyasından az itkiylə çıxa biləcəyik.

 

- Ayrı-ayrı siyasi təşkilatlar bu vəziyyətdə hansı addımları atırlar. Necə hesab edirsiniz, belə vəziyyətdən hansısa sui-istifadə halları varmı?

 

- Bu gün bəzi qüvvələr var ki, Prezidentin bu sahədə apardığı işləri səmimi qəbul edə bilmirlər. Bir çox hallarda isə görülən işlərlə bağlı müsbət fikirlər səsləndirməyə dilləri gəlmir. Bütün bunların hamısını təhlil edəndə, görmək olur ki, kimlərsə bu vəziyyətdən sui-istifadə etməyə çalışır. Belə qüvvələr ölkədə müəyyən təxribatçı hallara yol verməyə cəhd edir, dövlətlə xalq arasında uçurum yaratmağa can atırlar. Bu məsələdə daxili qüvvələrin də rolu var, xarici qüvvələrin də. Düşünərəm ki, biz belə təxribatçılıq hallarının öhtəsindən qısa vaxtda gələcəyik. Hər halda çətinliklərimiz var və xalq olaraq hamımız əl-ələ verib bunları aradan qaldırmaq üçün birgə mübarizə aparmalıyıq. Təxribatlara yol verməməli, bu məslədə dövlətin yanında olmalıyıq. Şəxsi inciklikləri bu məsələyə qatmaq olmaz. Ona görə də hesab edirəm ki, bu gün bəzi siyasi qüvvələrin apardığı əks-təbliğat xoşagələn hal deyil. Belə halların qarşısını almaq üçün xalq olaraq birlik nümayiş etdirməliyik.

 

“Ölkə Prezidenti dəfələrlə sübut edib ki...”

 

- Hafiz bəy, bu günlərdə Prezident əfv fərmanı imzaladı. Belə bir vaxtda verilən əfv sərəncamı ictimaiyyət üçün nəyi ifadə edir?

 

- Ölkə Prezidenti dəfələrlə sübut edib ki, o həmişə xalqının yanındadır və öz vətəndaşını sevir. O, həmişə deyir ki, biz xalq üçün çalışmalıyıq və mən hər bir vətəndaşın Prezidentiyəm. Əfv sərəncamına gəldikdə isə bu, Prezidentin humanistliyindən, onun xalqını sevməsindən, xalqa göstərilən qayğıdan irəli gəlir. Mən bunu yüksək qiymətləndirirəm və buna görə də cənab Prezidentə çox sağ olun deyirəm. Onun belə bir həssas dövrdə bu məsləni də yaddan çıxarmamsı təqdirəlayiqdir. Prezidentin bu sahədə atdığı ciddi addımlar cəmiyyətdə rəğbətlə qaşılanır. Bəziləri bu məsələni başqa istiqamətlərə yozmaq istəyirlər, amma bu da mənasızdır. Prezidentin bu sahədə gördüyü işlər alqışlanır və bundan sonra da alqışlanmalıdır.

 

“Digər dövlətlərin mübarizə təcrübəsindən istifadə etməliyik”

 

- Dünyanın pandemiya ilə mübarizə apardığı bir dövrdə Dağlıq Qarabağ separatçıları bizə qarşı hərbi “aktivliyi”ndən qalmırlar. Azərbaycana qarşı təxribatlar dayanmır. Bu durumu necə dəyərləndirir və hansı addımların atılmasını zəruri sayırsınız?

 

- Hesab edirəm ki, Azərbaycan ordusu bu gün dünya orduları sırasında çox yüksək yerlərdən birini tutur. Ali Baş Komandan bu sahəyə ciddi fikir verir və ordumuz müasir silahlarla silahlanıb. Eyni zamanda, Azərbaycan torpaqların işğaldan azad olunmasına yönəlik ideoloji baxımdan da çox irəlidədir. Ermənilər gec-tez uduzacaqlarını dərk ediblər. Düzdür, biz torpaqlarımzı hələ ki, ala bilməmişik və bu gün koronavirus bəhanə ola bilməz. Koronavirus oldu-olmadı biz öz toraqlarımzı işğaldan azad edəcəyik. Ölkə Prezidenti dəfələrlə bəyan edib ki, biz bir qarış torpağımızı da verməyəcəyik. İnanıram ki, çox yaxın zamanlarda bu sahədə də irəliləyişlər əldə edəcəyik. Bunun üçün də xalq dövlət başçısının ətrafında sıx birləşməli, həmişə onun çağırışlarına yüksək ruh yüksəkliyi ilə cavab verməlidir. Biz müxalifətdə olsaq da, həmişə Prezidentin atdığı müsbət addımların yanında olmuşuq. Öz torpaqlarını istənilən vaxt işğaldan azad etmək Azərbaycanın hüququdur. Dağlıq Qarabağ bizim ərazilərdir və hazırda həmin ərazilər separatçıların əlindədir. Biz digər dövlətlərin terrorçulara, separatist qüvvvələrə qarşı mübarizə təcrübəsindən istifadə etməliyik. Bizim separatçıları öz torpağımzdan qovmağımız üçün əlimizdə hər cür hüquqi səlahiyyətlərimiz, imkanlarımız var. Bu barədə BMT-nin 4 qətnaməsi də var. Ona görə də hesab edirəm ki, bu məsələ də yaxın günlərdə öz həllini tapacaq.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür