Qənirə Paşayevanın növbəti yardımı da sahiblərinə çatdırıldı

21:16 08-04-2020 | icon 491 | Siyasət
Qənirə Paşayevanın növbəti yardımı da sahiblərinə çatdırıldı

"Bu addım Heydər Əliyev Fondunun başlatdığı böyük kampaniyadan örnək alaraq atılıb və davamlı olacaq"

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva və bəzi tovuzlu ziyalılar Tovuz rayonunun 105 saylı seçki dairəsi ərazisində yaşayan 200-dən çox ailəyə, şəhid ailələrinə, tənha yaşayan yaşlı şəxslərə və koronavirus pandemiyası ilə bağlı maddi vəziyyətləri ağırlaşan ailələrə koronavirus pandemiyasından qorunmaq üçün tibbi ləvazimatlar və yardım göndərib.

 

Versus.Az xəbər verir ki, bu barədə millət vəkilinin köməkçisi İlqar Kərimov məlumat verib.

 

O bildirib ki, yardım koronavirus pandemiyasından qorunmaq üçün tibbi maska, spirt, gel və digər dezinfeksiyaedici vasitələrdən, həmçinin ərzaq paketlərindən ibarətdir. İ.Kərimov yardımların 200-dən çox şəhid ailəsi, aztəminatlı insanlara, eləcə də tənha şəxslərə çatdırıldığını deyib.

 

Deputat köməkçisi qeyd edib ki, yardım göstərilən ailələrlə maarifləndirici söhbətlər də aparılıb, sakinlərə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyin öz səhhətləri üçün nə qədər vacib olduğunun izah edilib.

 

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bu addımın Heydər Əliyev Fondunun başlatdığı böyük kampaniyadan örnək alaraq atıldığını və davamlı olacağını bildirib O, həmçinin 200-dən çox ailəyə göndərilən son yardımın çatdırılmasında onunla bərabər zəhməti keçən tovuzlu iş adamı Məhayət Nəbiyevə və tovuzlu ziyalı İlahə İsgəndərovaya təşəkkürünü bildirib.

 

Xatırladaq ki, Qənirə xanım bundan öncə 105 saylı Tovuz seçki dairəsinin ərazisində yerləşən 600-dək Qarabağ müharibəsi veteranı, Qarabağ əlili, şəhid ailələri, tənha yaşayan yaşlı şəxslərə və koronavirus pandemiyası ilə bağlı maddi vəziyyətləri ağırlaşan ailələrə koronavirus pandemiyasından qorunmaq üçün tibbi-gigiyenik vasitələr və ərzaq göndərmişdi. Bu dəstəklərin həyata keçirilməsində bəzi tovuzlu iş adamları və ziyalılar da millət vəkili ilə bərabər fəal iştirak ediblər. Q.Paşayeva onlara xüsusi təşəkkürünü bildirib:

"İnanıram ki, imkanı və əmək haqqı yüksək olan insanlar dünyada geniş yayılan və insanlarımız arasında da getdikcə yoluxma hallarının artdığı koronavirus pandemiyası ilə fəal mübarizə günlərində imkansız ailələrə daha çox dəstək olacaqlar deyib".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı