Laçınlı aztəminatlı ailələrə yardım verilməsi davam etdirilir

16:24 09-04-2020 | icon 2432 | Sosial
Laçınlı aztəminatlı ailələrə yardım verilməsi davam etdirilir

İcra başçısı aparatının əməkdaşları və könüllülərlə birgə xeyriyyə aksiyası keçirib

 

Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Laçın Rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.

 

Versus.Az xəbər verir ki, bununla yanaşı yaşı 65-dən yuxarı olan tənha, kimsəsiz, şəhid, əlil və aztəminatlı ailələrə zəruri yardımlar göstərilir.

 

Belə ki, həmin tədbirlərin davamı olaraq, aprelin 9-da Laçın Rayon İcra Hakimiyyəti tərəfindən növbəti ərzaq yardımları və gigeynik tibbi ləvazimatlar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşan, yaşı 65-dən yuxarı olan laçınlı tənha, əlil, kimsəsiz, şəhid və aztəminatlı ailələrə fərdi qaydada çatdırılıb.

 

Laçın Rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları və könüllülərlə birgə xeyriyyə aksiyası zamanı gün ərzində 200 ailəyə yaşadıqları ünvanlarda ərzaq bağlamaları və gigiyenik vasitələr paylanılıb.

Eyni zamanda sakinlərə özlərinin və yaxınlarının sağlamlığı üçün xüsusi karantin rejiminin qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmları tövsiyə edilib.

Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Birinci xanıma öz minnətdarlıqlarını bildiriblər.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu