"Özümü, bizi, hamımızı daha da ruhlandırırıq"

16:53 09-04-2020 | icon 620 | Sağlamlıq
"Özümü, bizi, hamımızı daha da ruhlandırırıq"

Rəşad Mahmudov: "Bir-birimizə olan dəstəyimizi və həmrəyliyimizi hiss etmək gözəl hisslərdir"

 

Millət vəkili, tanınmış kardocərrah, tibb elmləri doktoru Rəşad Mahmudov indiki xüsusi karantin rejimi dövründə sosial baxımdan həssas ailələrə maddi və mənəvi yardım edilməsinin təqdirəlayiq və şərəfli bir missiya olduğunu bildirib.

 

Versus.Az xəbər verir ki, R.Mahmudov şəxsi "facebook" hesabında bununla bağlı paylaşım edib.

 

Tanınmış kardocərrah, tibb elmləri doktorunun həmin paylaşımını olduğu kimi təqdim edirik:

 

"Belə bir deyim var ki, sağ əlin verdiyini, sol əl bilməməlidir. Bu deyimin fəlsəfəsini son 5 ildə pozmamağa çalışdım, amma pozmaq məcburiyyətindəyəm bu gün. Niyə.....?

 

Özümü, bizi və hamımızı daha da ruhlandıraraq bir-birimizə olan sevgimizi, bağlılığımızı, anlayışımızı, dəstəyimizi və həmrəyliyimizi hiss etmək, yaşamaq və yaşatmaq üçün...

 

COVİD bizdən çox şey alır, eyni zamanda Bizə çox şey də öyrədir və bəlkə də uzun zaman yaşamadığımız duyğuları hiss etdirir, xatırladır. Seçilmiş olduğum Astara rayonunda 20 gün içində Rayon İcra Hakimiyyəti başda olmaqla, iş adamları, xeyriyyəçilər, Rusiyada yaşayan həmvətənlərimiz və dostlarımız sayəsində 1500-ə yaxın ailəyə ərzaq köməkliyi olunub və bu aksiya hazırda da davam edir.

Qarlı dağların zirvəsində yaşayan ailələr xatırlanarkən, onların üzündəki sevgi dolu təbəssümü sözlə ifadə etmək çox çətindir. Bu hissləri bizə yaşadan dövlətimizə, dostlarımıza, xeyriyyəçilərə, könüllülərə və əməyi keçən hər kəsə ƏHSƏN!!!

PS: bu arada aprel ayı, qar və Astara!!! Eşitmədim, görmədim. Təki bolluq və bərəkət gətirsin!"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI