İşsizlərə müavinətlər ATM-lər vasitəsilə veriləcək

19:16 09-04-2020 | icon 647 | İqtisadiyyat
İşsizlərə müavinətlər ATM-lər vasitəsilə veriləcək

Azərbaycan vətəndaşlarına 190 manat məbləğində olan birdəfəlik müavinətlərin ödənişi bankomatlar vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

 

Versus.Az xəbər verir ki, bunu Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli bildirib.

 

Onun sözlərinə görə, vətəndaşlar müavinətləri banklara yaxınlaşmadan, ATM-lərdə müxtəlif kodlar daxil etməklə ala biləcəklər:

“Hazırda belə bir imkanın yaradılması istiqamətində banklarla işlər aparılır. Lakin ilkin mərhələdə biz bu imkanı yarada bilmirik. Belə ki, vətəndaşların istifadəsində olan mobil telefon nömrələrinin onların öz adlarına olub-olmadığından əmin deyilik. Ona görə birinci mərhələdə biz nəzərdə tuturuq ki, bu vəsaiti vətəndaşlar banklardan əldə etsinlər. İkinci mərhələdə isə biz yeni bir mexanizm tətbiq etmək istəyirik ki, burada vətəndaşlar e-sosial.az portalına daxil olaraq öz mobil nömrələrini təsdiq etsinlər. Biz əmin olduqdan sonra ki, mobil nömrə vətəndaşın adınadır, bankomat vasitəsi ilə ödənişlərin verilməsini təmin edəcəyik”.

 

Dövlət Məşğulluq Xidmətinin rəisi həmçinin əlavə edib ki, sabahdan etibarən birdəfəlik müavinətlərin verilməsi banklar və “Azərpoçt” vasitəsilə həyata keçiriləcək.

“Biz bir qədər sonra elan edəcəyik ki, neçə vətəndaşın ödənişi aparıldı. Sabahdan isə vətəndaşlara hansı banka yaxınlaşıb vəsaiti əldə edə biləcəkləri barədə SMS-lər göndəriləcək”, - deyə M. Abbasbəyli bildirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı