Mədəniyyət komitəsinin sədri bir sıra təkliflərlə çıxış edib

20:52 09-04-2020 | icon 438 | Siyasət
Mədəniyyət komitəsinin sədri bir sıra təkliflərlə çıxış edib

Versus.Az xəbər verir ki, bu gün Milli Məclisdə Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva hökümətin 2019-cu il hesabatının müzakirəsi zamanı bir sıra vacib məsələlərə toxunub və təkliflərlə çıxış edib.

 

Ötən il Prezidentin rəhbərliyi ilə əldə edilən uğurlar, mədəniyyət sahəsində görülən işlər barədə danışan Q.Paşayeva ölkə başçımıza təşəkkürünü ifadə edib.

 

Tovuz rayonunda yerləşən Göytəpə ilkin neolit dövrü yaşayış məskəni barədə danışan Q.Paşayeva Prezident İlham Əliyevin 2012-ci ildə Tovuza səfəri zamanı Göytəpə abidəsinə baş çəkdiyini, bu ziyarətdən sonra Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayıb və müvafiq qurumları bu sərəncamı həyata keçirməyə, höküməti bu məsələyə ciddi nəzarət etməyə çağırıb.



Dünyada geniş yayılan koronavirus pandemiyası ilə bağlı dövlətimizin gördüyü işlər barədə də danışan millət vəkili hər zaman dövlətimizin yanındayıq deyib. Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının böyük problemlərin yaranmasına səbəb olacağını vurğulayan Q.Paşayeva insanlarımıza çağırış edib:

"Hər birimiz dövlətimizin bu məsələ ilə bağlı qayda-qanun, qadağa və tövsiyyələrinə əməl etməliyik".

 

Millət vəkili həmçinin imkanlı şəxslərə, iş adamlarına da çağırışlar səsləndirib. O, bildirib ki, belə çətin bir zamanda hər birimiz dövlətimizin daha çox yanında olmalıyıq və insanlarımıza dəstəyimizi əsirgəməməliyik.



Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında sosial və iqtisadi sahədə böyük islahatların getdiyini xatırladan Q.Paşayeva özəl sektorda insanların əmək müqaviləsi ilə çalışmasının önəmindən danışaraq bu məsələnin nə qədər önəmli olduğunu bu günlərdə bir daha hamımız gördük deyərək aidiyyatı qurumları bu məsələyə bundan sonra daha da diqqətli olmağa çağırıb.



Kənd təsərrüfatı sahəsinin inkişafının ölkəmiz üçün vacibliyini də xüsusi vurğulayan millət vəkili Q.Paşayeva bu sahədə suvarma probleminin yaratdığı narahatlıqlar barədə də danışıb və bu istiqamətdə problemlərin ən qısa müddətdə öz həllini tapması ilə bağlı Nazirlər Kabinetinə və müvafiq qurumlara müraciət edib.



Arzu edənlər aşağıdakı linkdən izləyə bilərlər:


Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı