Vətəndaş Cəmiyyəti ilə bağlı “yol xəritəsi” və atılan addımlar - MÜSAHİBƏ

12:56 10-04-2020 | icon 683 | Cəmiyyət
Vətəndaş Cəmiyyəti ilə bağlı “yol xəritəsi” və atılan addımlar - MÜSAHİBƏ

Rauf Zeyni: “Vətəndaş cəmiyyəti milli maraqların milli təhlükəsizliyin müdafiəsi nöqteyi-nəzərindən öz iradəsini ortaya qoydu”

 

İnsan və dəyərlər sistemi Vətəndaş Cəmiyyətinin əsas subyektləri kimi müasir svilizasiyanın inkişafı prosesində xüsusi əhəmiyyətə malikdir. Təbii ki, Vətəndaş Cəmiyyətinin inkişafı prosesində ictimai nəzarətin qurulması vacib faktor kimi önə çəkilir. Vətəndaş Cəmiyyətinin, ictimai nəzarət sisteminin əsas prioritetləri isə bu gün gündəmin əsas müzakirə mövzusu olaraq araşdırılır.

 

Ümumiyyətlə, Azərbaycanda vətəndaş cəmiyyəti anlayışı nə dərəcədə başadüşüləndir və bu istiqamətdə həyata keçirilən fəaliyyət növləri nə dərəcədə müasir dövrlə səsləşir və yetərlidir? Milli QHT Forumunun prezidenti Rauf Zeyni ilə müsahibədə bu istiqamətdə bir çox nüanslara aydınlıq gətirilib.

 

“Prezident həmişə deyir ictimai nəzarəti gücləndirmək lazımdır ki...”

 

- Rauf müəllim, necə hesab edirsiz, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu nədir?

 

- Azərbaycan özünün müstəqilliyini elan edib, nüfuzlu beynəlxalq təşkilatların - BMT və digər qurumların üzvü olandan sonra ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması prioritet elan olundu. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, 1997-ci il tarixdə BMT ilə əməkdaşlıq memorandumu imzalandı. 1999-cu ildə Milli QHT Forumu yarandı və vətəndaş cəmiyyəti milli maraqların milli təhlükəsizliyin müdafiəsi nöqteyi-nəzərindən öz iradəsini ortaya qoydu. Bu baxımdan 2000-ci ildə vətəndaş cəmiyyəti, QHT-lər ictimai birliklər və fondlar haqqında qanun qəbul olunub. Ölkədə bu gün o qanun çərçivəsində 3500 -ə qədər qeyri-hökumət təşkilatları, yüzlərlə media qurumu qeydiyyata alınıb və ölkədə tam azad, şəffaf demokratik bir mühit var ki, bu da inkişafa doğru aparan yoldur. Eyni zamanda bizim müəyyən qanunlarda, qanunların icrasında, ölkə Prezidentinin də dəfələrlə qeyd etdiyi kimi, məmur özbaşınalığı, qeyri-şəffaf fəaliyyət var. Bütün bunların fonunda da cənab Prezident həmişə deyir ki, ictimai nəzarəti gücləndirmək lazımdır ki, heç kim özbaşınalıq eləməsin. Heç bir məmur öz xidməti çərçivəsindən kənara çıxmasın. Bunlar hamısı çox ciddi məsələlərdir. Ona görə də bütün ölkə üzrə bu tələbi əhatə eləmək üçün öz subyektiv yanaşmam və həm də Milli QHT Forumu üzvlərinin fikirlərinə istinadla deyirəm ki, vətəndaş cəmiyəti gücləndirilməlidir.

 

“QHT-hökumət münasibətinin yüksək səviyyəyə çatmasında QHT Forumunun öz dəsti-xətti, imzası var”

 

- Bu gün dediyiniz QHT-lər, təşkilatlar vahid orqanizm, qlobal cəmiyyətin qarşılıqlı tərəfləri kimi özünü göstərə bilirmi?

 

- Elə təkcə bizim təşkilatımızda 730 ictimai birlik birləşir. Birliyin birinci nümayişi budur. İkinci, 20 ildir bu Forum fəaliyyət göstərir, qht-hökumət münasibətinin yüksək səviyyəyə çatmasında QHT Forumunun öz dəsti-xətti, öz imzası var. Hər kəs gözəl bilir ki, 1999-2000-ci ildə QHT deyəndə, onu anti-hökumət təşkilatı kimi başa düşürdülər. Amma 20 il ərzində bizim apardığımız fəaliyyət nəticəsində artıq QHT, Vətəndaş cəmiyyəti nədir, insanlar bunu yaxşı başa düşürlər. Əlbəttə ki, təəssüflər olsun ki, hələ bu QHT-nin, Vətəndaş Cəmiyyətinin nə olduğunu anlamayanlar da var. Bəzi məmurlar var ki, onların gözünü pul örtüb, onlar yalnız pul görürlər. Və qeyd etməliyəm ki, 1885-ci ildə, 1872-ci ildə cəmiyyətdə xeyriyyənin əsasını qoyan Həsən bəy Zərdabinin, 1875-ci ildə “Əkinçi”ni niyə yaratmasını bəzi insanlar hələ də anlamaq istəmirlər. Bəlkə də o insanlara anlayış Allah tərəfindən verilməyib. Bu da onların bədbəxtçiliyidir. Demək istəyirəm ki, vətəndaş cəmiyyəti 200 ildir başlanan maarifçilik hərəkatıdır. Böyük dahilərimiz - Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Həsən bəy Zərdabidən tutmuş, ta Cəlil Məmmədquluzadəyə qədər, Molla Nəsrəddin Hərəkatı, Əli bəy Hüseynzadə, Əhməd Ağa oğlu, Hüseyn Cavid, Əhməd Cavad və digər böyük şəxsiyyətlərimiz böyük məktəb yaratdılar. O məktəblə də cumhuriyyət quruldu. Təəssüf ki, o cumhuriyyət tez bir zamanda süquta uğradı, amma o ideyalar yaşadı. Müstəqillik əldə olunandan sonra biz artıq yeni, müasir bir zamanla üz-üzə dayandıq. Mənfur qonşularımız müstəqilliyimizi elan etməzdən əvvəl torpaqlarımzı işğal elədilər, ölkəmizdə 1 milyondan çox qaçqın bə məcburi köçkün ordusu yarandı. 30 ildir ki, ölkəmizin büdcəsindən qaçqın və köçkünlərin həyatının yaxşılaşdırılması, eyni zamanda müharibə ilə əlaqədar olaraq hərb sahəsinə xeyli vəsait ayrılır. Bu da bizim sosial layihələrimizi, o cümlədən  vətəndaş cəmiyyətimizin inkişafına öz təsirini göstərməmiş deyil. Milyardlarla xərclər məcburi cəlb olunduğumuz müharibə ilə əlaqədar xərclənir. Bu olmasaydı Azərbaycan öz sosial problemlərini çoxdan həll etmişdi və inkişafı daha da yüksək idi.  Nə edək ki, biz belə bir bəla ilə üz-üzəyik. İndi isə cənab Prezident büdcədən 1 milyard pulu məhz koronavirusla mübarizəyə ayırdı. Biz bu problemləri adlamalıyıq.

Bütün hallarda düşünürəm ki, xalq, dövlət, hökumət və vətəndaş cəmiyyəti birliyi bizim apardığımız 20 illik fəaliyyət nəticəsində çox böyük nəticə verdi. Biz əvvəl 95 təşkilatla fəaliyyətə başlamışdıq. Bu gün isə ölkımizdə 3500 təşkilat qeydiyyata alınıb. 730 təşkilat isə Milli QHT Forumunun üzvüdür. Bu böyük göstəricidir. Bütün regionlarda bizim vətəndaş cəmiyyətlərinin işçi qrupları, milli QHT Forumunun regional təşkilatları, regional təbliğat, təlim mərkəzləri var. Bunlar da 20 il ərzində geniş fəaliyyət göstəriblər. Amma biz deyirik ki, bu da azdır, biz daha böyük işlər görməliyik, qarşıda bizi daha böyük işlər gözləyir. Bunları əhatə etmək üçün dövlət, hökumət, xalq vətəndaş cəmiyyəti birliyinə çox böyük ehtiyac var.

 

- Vətəndaş cəmiyyətlərinin fəaliyyəti hansı əsaslarla, qanunlarla tənzimlənir və hüquqları necə qorunur?

 

- Bütün fəaliyyət Konstitusiyada nəzərdə tutulan qanunlar çərçivəsində həyata keçirilir. Konstitusiya hüququndan irəli gələrək, hər bir vətəndaşın azadlığı, toplaşma azadlığı, hüququ azadlığı, hüququ bərabərliyi var. Bütün bunlar hamısı və eyni zamanda Azərbaycan respublikasının qanunlar çərçivəsində beynəlxalq hüquq nöqteyi-nəzərdən qoşulduğu konvensiyalar daxilində qorunur. Beynəlxalq Konvensiyalar çərçivəsində də həmin bu vətəndaş cəmiyyətləri bütün ölkələrdə olduğu kimi Azərbaycanda da geniş fəaliyyət həyata keçirir. Bu baxımdan bu gün ölkəmizdə qanunla bağlı heç bir problem yoxdur, hər bir vətəndaş cəmiyyəti, təşkilatı, QHT-lər qanunlar çərçivəsində öz fəaliyyətini qurur. Burda yalnız və yalnız müəyyən bürokratik əngəllər var, məmur özbaşınalığı var, bu və ya digər qanunların icrasında cənab Prezident də dediyi kimi, müəyyən maneələr var. Biz maneələri aradan qaldıra-qaldıra bu günə qədər gəlmişik və düşünürəm ki, zamanla mövcud problemlər də aradan qalxacaq.

Bu gün ölkəmizdə ASAN xidmət kimi bir brend var və beynəlxalq miqyasda çox böyük uğur qazanıb. ASAN xidmətin 6 illik fəaliyyəti ərzində heç bir vətəndaş bu qurumdan şikayət etməyib. Ancaq İcra hakimiyyətilərindən, bəzi nazirliklərdən hər gün şikayət eşidilir. Bunlar müqayisə olunmalıdır. Biz ölkədə və dünyada əldə etdiyimiz nailiyyətlərlə bütün çətinlikləri və problemləri bir tərəziyyə qoymalı və gələcək fəaliyyətimizdə bunlardan nəticə çıxarıb, onları aradan qaldırmalıyıq. O zaman biz daha yüksək inkişafı tənmin edə buləcəyik. Ölkə Prezidenti qeyd elədi ki, bizim idarəetmə metodları müəyyən mənada köhnəlib və biz müasir idarəetmə metodlarından daha səmərəli istifadə etməliyik. Burada beynəlxalq təcrübədən yararlanma ideyası ortaya çıxır. Biz beynəlxalq təcrübəni daima öyrənirik və bundan ölkəmizdə həm vətəndaş cəmiyyətinin möhkəmlənməsi, həm hökumət və dövlətin inkişafı ilə bağlı səmərəli istifadə etməliyik.

 

- Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında hansı qarşılıqlı əlaqələr mövcuddur?

 

- Hüquqi dövlət və vətəndaş cəmiyyəti özü vəhtətdə olan anlayışlardır. Onları bir-birindən ayırmaq mümkün deyil. Hüquqi dövlət o dövlətlər hesab olunur ki, orda vətəndaş cəmiyyətləri yüksək səviyyədə təmin olunur. Biz ona görə də, deyirik ki, “Kamil Vərəndaş, Sivil Cəmiyyət, Güclü Dövlət”. Bu o deməkdir ki, kamil vətəndaş öz hüquqlarını bilən vətəndaşdır, o təkcə savadlı və təhsilli deyil, o həm də vətəni üçün vuruşan, onun nüfuzunu qoruyan vətəndaşdır. Təhsil müəssisələri savadlı kadr yetişdirirsə, biz də vətəndaş yetişdiririk. Qanunların aliliyi bərqərar olmuş cəmiyyətlər sivil cəmiyyətlərdir. Qanunların aliliyi təmin olunan məhkəmə hüquq sistemi, ədalət mühakiməsi yüksək səviyyədə olan cəmiyyətlərdə insanlar öz hüququları ilə bağlı heç bir problem yaşamrlar. Bu mənada da hüquqi dövlət vətəndaş cəmiyyəti vəhdətdədir, onlardan biri geridə qalarsa, bu o deməkdir ki, bizim problemlərimiz hələ də həll olunmayıb.

Azərbaycan bu gün regionda iqtisadi cəhətdən lider dövlətdir və milli-mənəvi dəyərlərin qorunması, təhlükəsizliyimizin qorunması baxımdan inkişaf mərhələsinə keçib. Azərbaycan 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına rəhbərlik edir. Bu o deməkdir ki, biz həm bu 120 dövlətə, eyni zamanda BMT-də üzv olan 200-ə yaxın dövlətə örnək olmalıyıq. Bunun üçün də bizim qarşımızda duran vəzifələr çoxdur. Biz bu fürsətlərdən istifadə edib həm Azərbaycanı dünyada tanıtmalı, həm də torpaqlarımızın işğalından tutmuş, Xocalı soyqırımını və bütün gerçəklikləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Eyni zamanda beynəlxalq təcrübəni öyrənib özümüzün inkişafını da təmin etməyə çalışmalıyıq.

 

- Rauf müəllim, bir çox hallarda belə deyilir ki, vətəndaş cəmiyyətləri siyasiləşməməlidir, amma o da məlumdur ki, müasir dövrdə mövcud proseslər bunun qarşısını ala bilmir. Sizcə siyasiləşən vətəndaş cəmiyyətləri ölkənin bütün fəaliyyət istiqamətləri üzrə cəmiyyətə nə vəd edir?

 

- Vətəndaş cəmiyyətləri öz nizamnamələrinə uyğun olaraq, qanun çərçivəsində öz fəaliyyətləri ilə məşğul olurlar. Aralarında 3-5 təşkilat var ki, kənar təsirlərə məruz qalıb, onların proqramları ilə işləyirlər. Amma Qalanları hamısı milli maraqlara xidmət edir. Xüsusilə bizim foruma üzv olan 730 təşkilatın hamısı milli maraqlara milli inkişafa xidmət edirlər. Mən Forum adından demək istəyirəm ki, milli maraqlara xidmət edən heç bir QHT heç bir xarici təsirlərə məruz qalmayıb. Bu gün onları dəstəkləmək lazımdır. Təsirlərə məruz qalanlar isə müvəqqətidir. Cəmiyyətimiz sivil, dövlətimiz yüksək səviyyədə inkişaf edəndən sonra, bu problemlərin hamısı keçmişdə qalacaq və o təşkilatlar da itib batacaqlar.

 

- Milli QHT forumuna daxil olmayan QHT-lərin fəaliyyəti nə yerdədir, bəs onlara kim dəstək verir, kim nəzarət edir?

 

- Onlara qanun nəzarət edir. QHT-lər azaddır, media azaddır. Bu qədər saytlar, bloglar var. Hər bir qeyri-hökumət təşkilatı QHT-yə Dövlət Dəstəyi Şurasına, Gənclər təşkilatları Gənclər fonduna, KİV-lər KİVDF-yə müraciət edirlər. Eyni zamanda ölkənizdə bu və ya digər tədbirləri, layihələri maliyyələşdirməkdən ötrü özəl qurumlar var ki, onlara da müraciət olunur.

 

- Müharibə şəraitində yaşayan Azərbaycanın vətəndaş cəmiyyətlərinin problemlərimizin dünya ictimaiyyətinə çatdırılması baxımından gördüyü işlər nə dərəcədə yetərlidir və  nə dərəcədə beynəlxalq müstəvidə təbliğat qura bilirlər?

 

- Azərbaycanda açıq hökumətin təşviqi, şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi, rəqəmsal hökumətə keçid, islahatların aparılması, ASAN xidmətdən ta “Səlis” layihəsinə qədər bütün proseslər dünya ictimaiyətinin diqqətindədir. Avropa İttifaqı, Avropa Şurası, ATƏT bizim inkişafımızın bütün mərhələlərini müşahidə edir. Beynəlxalq aləmdən təcrid olunmamışıq və yeri gəldikdə onlar bizə öz tövsiyələrini verirlər. Azərbaycan beynəlxalq mühitdə kifyət qədər fəal iştirak edir. Bundan irəli gələrək vətəndaş cəmiyyətləri də öz tövsiyyələrini, proqramlarını illik hesabatlarını daim həm aidiyyatı qurumlara, o cümlədən də beynəlxalq təşkilatlara təqdim edirlər. Ölkə başçısı dəfələrlə qeyd edib ki, bizim siyasətimizin mərkəzində vətəndaş, vətəndaşın rifahı durur. Ona görə də bütün məsələlələr ölkəmizin və dünyanın nəzarətindədir. Vətəndaş cəmiyyəti də maraqlıdır ki, bu prosesləri sürətlə keçək. Rəqəmsal hökumətin yaranması və vətəndaş-məmur məsafəsini sıfıra endirmək, korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirmək ideyası əsas götürülür ki, bu da şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi ilə mümkündür. Vətəndaş cəmiyyəti ilə dövlətimizin inkişafı da əlbəttə ki, bir-biri ilə vəhdət şəklində bağlıdır. Bu istiqamətdə də öz önəmli fəaliyyətimizi gücləndirməliyik.

Eləcə də, vətəndaş cəmiyyətlərinin subyektləri olan diasporalarımız, icmalar bu gün müxtəlif xarici ölkələrdə, parlamentlərdə, diasporlarda tədbirlər keçirərək səsimizi dünya ictimaiyyətinə çatdırır. Diasporalar və icmalarımız digər parlamentlərdə, beynəlxalq təşkilatlarda, diaspora təşkilatlarında tədbirlər çərçivəsində Qarabağ, tarixi və müasir həqiqətlərin dünya ictimaiyətinə çatdırılması yönündə işlər aparırlar. Eləcə də bu məsələlər Avropa Şurasında, ATƏT və Avropa İttifaqında da qaldırılır. Biz o cümlədən dünyanın bir çox aparıcı media qurumları ilə işlər aparırıq. Bu mənada diqqəti Beynəlxalq Avrasiya Fondunun dəstəyi ilə Azərbaycan haqqında çəkilən 5 filmə yönəltmək olar. Milyonlarla dəyəri olan həmin film Müasir Azrbaycan və onun hansı inkişaf yolundan keçməsindən bəhs edir. Azərbaycan turizm, dialoqlar, idman, düşüncə mərkəzinə çevrildi. Beynəlxalq forumların keçirildiyi məkan oldu. O forumlarda dünayanın aparıçı liderləri, dövlət başçıları, nazirlər, “NOBEL” mükafatçıları, tanınmış ictimai-siyasi xadimlər iştirak edib, dünyanın vəziyyətini müzakirə etdilər. Bunlar hamısı Bakının düçüncə mərkəzi olduğunu dünyaya göstərdi və forumda iştirak edən nüfuzlu simalar bu informasiyanı öz ölkələrinə daşıdılar. Bunlar hamısı bizim ölkə başçısı cənab İlham Əliyevin, 1-ci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın böyük dəstəyi nəticəsində baş verib. Aparılan siyasət YUNESKO-dan tutmuş, bizim Qoşulmama Hərəkatına gədər ağır, çətin, eyni zamanda keçdiyimiz şərəfli bir yolun nəticəsidir. Bu, bu gün bizim ölkənin gəlib çıxdığı beynəlxalq zirvənin göstəricisidir. Bu gün həyata keçirilən Beynəlxalq İqtisadi layihələr Azərbaycan dövlətinin ciddi nailiyyətlər əldə etməsinin göstəricisidir. Biz bu nailiyyətləri daha da gücləndirməli, inkişaf etdirməliyik.

Əvvəl Bakı-Ceyhan-Tbilisi boru kəmərinin çəkilişi kimlərəsə nağıl kimi görünürdü. Sonra Bakı-Ərzurum-Qars, Bakı-Tbilisi- Qars, TANAP, TAP və sairə layihələr reallaşdı və bu gün də  Azərbaycanın nə dərəcədə böyük ciddi nailiyyətlər əldə etməsini göstəricisi kimi çıxış edir. Biz bu göstəriciləri daha yüksəklərə qaldırmalıyıq.

 

- Dövlət vətəndaş cəmiyyətinə dəstəyin verilməsi ilə bağlı öz işini görür. Bəs ondan kənar kimlər, hansı qurumlar vətəndaş cəmiyətlərinə öz maliyyə dəstəyini verə bilər və bu prosesdə nə dərəcədə aktivdirlər?

 

- Hamı vətəndaş cəmiyyətinin inkişafına maliyyə dəstəyi verə bilər. Bunlar cəmiyyətdə imkanı olan, o cümlədən ürəyində xeyriyəçilik istəyi olan, “öncə vətən” düşüncəsi ilə yaşayan istənilən şirkət rəhbəri, şəxs sahibkar ola bilər. Vətəndaş Cəmiyyəti bizim hamımızın əldə etdiyi nailiyyətdir. Bu gün müstəqil olaraq Vətəndaş Cəmiyyətinə öz dəstəyini verənlər var. Amma bütövlükdə bu çox azdır. Ölkəmizdə aparıcı sahibkarlar var ki, onlar da bu istiqamətdə öz töhvələrini verməlidir. /baxar.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...