“Virusun olub-olmamasını həkim təyin edə bilər”

19:34 10-04-2020 | icon 599 | Sağlamlıq
“Virusun olub-olmamasını həkim təyin edə bilər”

Nərminə Abbasova: “Virusa məruz qalmamaq və yoluxma sayını azaltmaq üçün…”

 

Dünyada tüğyan edən koronavirus insana necə yoluxur, simptomları nələrdir? Bu virusa yoluxmamaq üçün hansı tədbirlər görülməlidir?

 

Bu kimi məsələlərlə bağlı Versus.Az-a danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bildirdi ki, artıq koronavirusa heyvanlar və insanlar arasında yoluxma olduğu barədə məlumatlar var.

 

Nərminə xanım qeyd etdi ki, koronavirus özünü öskürək, qızdırma, nəfəs almaqda çətinlik simptomları ilə göstərir. Bu üzdən insanların bir çoxu özündə bu simptomları görəndə adi qriplə səhv salırlar:

 

“Nəticədə ya həkimə gedib müayinədən keçmirlər, ya da həkim göstərişi olmadan antibiotik və soyuqdəyməyə qarşı digər dərman pereparatlarından istifadə edirlər. Nəticdə əks təsirlə qarşılaşırlar ki, bunun da fəsadları qaçılmazdır.

Onu da deyim ki, yoluxmanın ilk mərhələsində xəstəliyin digər əlamətləri də özünü göstərə bilər. Məsələn, xəstələrdən birinin yüksək hərarəti olmadan ishal olması faktı da mövcuddur. İlk simptomlar həzm sistemində yaranan problemlərlə də özünü göstərə bilər. Bundan başqa, baş ağrısı, ürək bulanması və ümumi halsızlıq xəstəliyin əlamətləri sırasındadır.

Bununla yanaşı bəzi simptomlar, məsələn, ishal və ürəkbulanma bütün pasiyentlərdə müşahidə edilməyib. Lakin qeyd etdiyim kimi, ilk vaxtlar qrip kimi başlayan xəstəlik sonradan öskürək, tənəffüs çətinliyi, yüksək hərarət ilə davam edir. Alimlər bu qənaətdədirlər ki, əgər hərarət, öskürək ilk beş gündə səngimirsə, mütləq həkimə müraciət etmək lazımdır.

 

Həkim-terapevt deyir ki, konkret bir müalicəsi və peyvəndi olmayan virusa məruz qalmamaq və yoluxma sayını azaltmaq üçün sadə tədbirlər görülməsi tövsiyə olunur. Belə ki, artıq küləvi informasiya vasitələri ilə də hər gün, hər saat təkrarlanan qaydalara əməl edilməlidir:

 

“Asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu tutun. Qızdırması olan və ya öskürən bir insanla yaxın təmasda olmayın. Qızdırmanız varsa, öskürürsünüzsə və nəfəs almaqda çətinlik çəkirsinizsə, dərhal xəstəxanaya gedin və səyahətdə olmusunuzsa, bunu da həkimə deyin. Eyni zamanda çiy və az bişmiş ət və ət məhsullarından uzaq durun. Əllərinizi isə tez-tez spirtlə silin, yaxud da ilıq su və ya sabunla yuyun. Bütün bu qaydalar vərdişə çevrilərsə, inanın ki, yoluxma halları sıfıra enəcək”.

 

Həkim deyir ki, virus varsa, antibiotik istifadə etmək olmaz. Çünki köməyi yoxdur, əksinə, ziyandır, orqanizmin ümumi müqavimətini azaldır:

 

“Yalnız ümumi laboratoriya müayinələrindən sonra xəstəliyin törədicisi aşkar olunduqda antiobiotik təyinatı vacibdir. Çünki xəstə başqa cür sağala bilməz. Virusun olub-olmamasını həkim təyin edə bilər”.

 

Qeyd edək ki, Mayomed Fizioterapiya və Reabilitasiya Klinikası koronavirusla mübarizədə yaranmış vəziyyətlə əlaqədar başlatdığı onlayn xidməti davam etdirir. Nərminə xanım deyir ki, günün hansı saatında olursa olsun, zəng edən insanlarla danışılır, həkim məsləhətləri verilir:

 

“Məsləhət görürük ki, özlərində, yaxud yaxınlarında hətta soyuqdəymə əlamətləri olarsa, heç də ağrıkəsici dərmanlar qəbul etməsinlər. Çünki ağrıkəsici müvəqqətidir, ağrını sadəcə unutdurur, fəsadlar isə gizlin şəkildə öz işini görür. Sadəcə olaraq, cüzi qızdırma olarsa, Təcili Yardıma zəng etməli, həkim gələnə kimi qızdırmanı salmaq üçün tədbir görmək lazımdır. Ancaq bu zaman “parasetamol”dan başqa digər qeyri-steroid preparatlardan istifadə etmək olmaz".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı