Pandemiyanın ən az yayıldığı ölkəmiz

20:46 10-04-2020 | icon 1262 | Kürsü
Pandemiyanın ən az yayıldığı ölkəmiz

Azərbaycan koronavirusla mübarizədə ən səmərəli fəaliyyət göstərən ölkələr qrupundadır

 

AYDIN MİRZƏZADƏ
/Deputat/

 

Prezident tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Prezidentin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat vəsaitin ayrılması və növbəti partiya avadanlıqlarının alınması tibb sahəsində daha böyük planların həyata keçirilməsi üçündür.

 

Yeni xəstəxanalar, alınan tibbi avadanlıqlar və personal sonradan vətəndaşların digər xəstəliklərlə müalicəsi və daha yüksək tibbi müayinə alması üçün istifadə ediləcək.

 

Bir cəhəti qeyd edim ki, Azərbaycanda görülən işlərin hamısı büdcə hesabına həyata keçirilir. Vətəndaşın üzərinə hansısa maliyyə yükü qoyulmur. Baxmayaraq ki, Koronavirusla Mübarizə Fondunda yüz milyondan çox vəsait yığılıb, hələ o vəsaitə dəyilməyib. Dövlət həm 2020-ci ilin büdcəsindən, eyni zamandan Prezidentin Ehtiyat Fondundan çox səmərəli istifadə edir.

 

Ölkə rəhbərliyinin rəhbərliyi altında hələ koronavirus təhlükəsinə qədər Azərbaycanda sosial obyektlərin, səhiyyə, məktəb və s. infrastruktur layihələrinin qurulması bu məsələdə çox mühüm rol oynadı:

Əgər zamanında xəstəxanalar təmir edilməsəydi, yeniləri tikilməsəydi, paytaxtda və regionda müasir tələbələrə cavab verən özəl klinikalar ərsəyə gətirilməsəydi, bugün virusa yoluxmuş şəxslərin və karantində olan vətəndaşların problemlərinin həllində ciddi çatışmazlıqlar ortaya çıxardı.

 

Amma göründüyü kimi cənab Prezidentin uzaqgörənliyi heç kəsin gözləmədiyi bir problemin həllində böyük rol oyandı. İkinci faktor isə səhiyyə sisteminin günün tələblərinə cavab verən səviyyəyə çatması üçün dövlət başçısı tərəfindən atılan ciddi addımlardır.

 

Ötən müddət ərzində səhiyyə kadrlarının hazırlığında böyük işlər görülüb. Tibb Universitetində təhsil iki pilləli sistemə keçib. Həkimlərimizin bir çoxu xarici kurslarda hazırlıq görüblər. Müasir avadanlıqlar alınıb, özəl tibb ocaqları yaradılıb. Bu da sağlam rəqabəti meydana gətirib.

 

Görülən işlərin nəticəsində bu gün Azərbaycan koronavirusla mübarizədə hər hansı problem yaşamır. Bu təhlükə başlayanda cənab Prezidentin tapşırığı ilə Azərbaycanda 10-a qədər yeni karantin yerləri yaradıldı. Burada istifadə ediləcək tibbi avadanlıqlar və pereparatlar alındı.

 

Söhbət Azərbaycanın malik olduğu maliyyə imkanlarından getmir. Bugün maliyyə imkanı kifayət qədər çox olan Avropa və digər Qərb ölkələrində hospitallar çatışmır. Hətta ABŞ kimi bir dövlət hələ indi-indi tənəffüs çatışmazlığının qarşını almaq üçün avadanlıq istehsal etməyə başlayıb. Əlbəttə, Azərbaycanda görülən işlərin hamısı cənab Prezidentin uzaqgörənliyinin nəticəsidir.

 

Azərbaycan yüksək beynəlxalq əlaqələrə, dünya ölkələri ilə sıx gediş-gəlişə malik olsa da, koronavirus ölkəmizdə geniş yayılmayıb:

Baxmayaraq ki, Azərbaycan gediş-gəlişin çox olduğu bir ölkədir və dünya birliyinə inteqrasiya olunmuşuq. Amma hər bir milyon nəfərə düşən koronavirus xəstəsinə görə, ölkəmiz pandemiyanın ən az yayıldığı ölkələr sırasındadır. Hesab edirəm ki, son atılan addımlar, xüsusən də “evdə qal” çağırışına əməl etmək ona gətirib çıxaracaq ki, yaxın zamanlarda koronavirusla mübarizənin əsas mərhələsini geridə buraxacağıq.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI