Koronavirusa qalib gələn 90 yaşlı qadın - VİDEO

00:54 11-04-2020 | icon 703 | Maraqlı
Koronavirusa qalib gələn 90 yaşlı qadın - VİDEO

Nyu-Yorkda koronavirusa qalib gələn 90 yaşlı qadın sağalmasının sirri ilə bölüşüb.

 

Bu barədə “Associated Press” xəbər yayıb.

Anna Fortunato xəstəliyin ilk simptomlarını martın 13-də hiss edib, lakin bunun adi soyuqdəymə olduğunu düşünərək, əhəmiyyət verməyib. Bir neçə gündən sonra vəziyyəti ağırlaşan qadın təcili yardımla xəstəxanaya çatdırılıb.

 

Təhlillər zamanı onun SARS-CoV-2-yə yoluxduğu məlum olub. Fortunatonun astmadan əziyyət çəkməsi isə onun vəziyyətini daha da ağırlaşdırıb.

 

İki həftə xəstəxanada yatan qadın malyariya əleyhinə və koronavirusa qarşı effektivliyi hələlik rəsmən təsdiqlənməyən “Hidroksixlorixin” preparatını qəbul edib. 13 gündən sonra isə o, sağalaraq xəstəxanadan evə buraxılıb.

 

Fortunato tibb işçilərinin onun sağalmasını möcüzə kimi qiymətləndirdiklərini bildirib. Yaşlı qadın koronavirusa yoluxan digər xəstələrə müraciət edərək, onları ümidlərini itirməməyə çağırıb:

“Mübarizə aparın, nikbinliyi itirməyin və dua edin. Həmçinin çarpayıdan qalxın, bütün vaxtınızı uzanmaqla keçirməyin. Əgər mən bacarmışamsa, siz də qalib gələ bilərsiniz”.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür