Koronavirusdan qorunmaq üçün əlcəkdən necə istifadə etməli?

00:56 11-04-2020 | icon 622 | Maraqlı
Koronavirusdan qorunmaq üçün əlcəkdən necə istifadə etməli?

Yoluxmuş xəstələrin təmas etdiyi yerlərə toxuna biləcəyimiz üçün əllərə əlcək geyilməsi vacibdir.

 

“Sputnik”in məlumatına görə, bunu Rusiya Səhiyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Erik Brovko virusdan qorunmaq üçün birdəfəlik əlcəklərin düzgün istifadəsi barədə danışarkən bildirib.

 

Onun sözlərinə görə, koronavirusun bu yolla yoluxma üsulu infeksiyanın uzun müddət obyektlərin üzərində qalma xüsusiyyəti ilə şərtlənir.

 

Erik Brovko, bununla belə, əlcəkdən istifadə zamanı bir neçə qaydaya riayət etməyin zəruriliyindən də danışıb.

 

İlk növbədə, hətta əlcəkdə olsanız belə gözə, qulaqlara və buruna toxunmaq olmaz.

 

Bundan başqa, telefondan istifadə edərkən əlcəyin faydası itir.

“Siz əlcəkləri tullaya bilərsiniz, ancaq telefonun üzərində bakteriyalar qalır. Sonra siz əlinizlə gözünüzə və ya burnunuza təmas edə bilərsiniz. Ehtiyac olacağı təqdirdə zəng üçün qarnitura, yaxud qulaqlıqdan istifadə etmək yaxşıdır”, - deyən Brovko telefonları və əlavə texniki avadanlıqları spirtli salfetlərlə silməyin lazım olduğunu bildirib.

 

Ümumdünya Səhiyyə Təşkilatı bu müdafiə vasitələrinin istifadəsi ilə əlaqədar ayrıca tövsiyələr vermir. Ancaq mütəxəssislərin sözlərinə görə, trikotaj əlcəklər birdəfəlik lateks əlcəklərdən daha az effektivdir. Vətəndaşların mütəmadi istifadə etdikləri, məsələn, dəridən olan əlcəkləri də dezinfeksiya etmək lazımdır.

 

Bundan başqa, evə gəldikdən sonra istifadə olunan tibbi əlcəklər atılmalı və əllər yaxşı-yaxşı yuyulmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin