“Formula 1” könüllüləri qonşularına yardım paylayır - FOTO

01:47 11-04-2020 | icon 660 | İdman
“Formula 1” könüllüləri qonşularına yardım paylayır - FOTO

“Formula 1” Azərbaycan Qran Prisinin könüllüləri və əməkdaşları “Könüllü Qonşu” aksiyasına qoşulub.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) promouteri olduğu “Formula 1” Azərbaycan Qran Prisi yarışlarının könüllüləri Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) təşkilatçılığı ilə aprelin 6-dan etibarən keçirilən “Könüllü Qonşu” aksiyasında yaxından iştirak edərək, yardıma ehtiyacı olan qonşularına dəstək göstərirlər.

 

Aksiyanın keçirilməsində əsas məqsəd könüllülərin birbaşa iştirakı ilə koronavirus pandemiyası səbəbindən davam edən xüsusi karantin rejimi dövrünün tələblərinə müvafiq şəkildə, yaxın ərazidə olan ehtiyac sahiblərinə, xüsusən kimsəsiz olan əlillər və 65 yaşdan yuxarı ahıl şəxslərə gündəlik lazımi dəstəyin göstərilməsini təmin etməkdir.

 

“Formula 1” könüllüləri AKƏM-in təqdim etdiyi və həmçinin özlərinin hazırladığı elanları qonşuların görə biləcəyi yerlərə - binaların girişi və liftlərin yanına yerləşdirirlər. Bu elanlarda könüllülərin şəxsi əlaqə nömrələri də əks olunur. Köməyə ehtiyacı olan şəxslər bu nömrələrlə əlaqə saxlayaraq, ən qısa müddətdə öz ehtiyaclarını təmin edə bilirlər.

 

Yardım zamanı könüllülər xüsusi rejimin bütün tələblərinə ciddi şəkildə riayət edirlər. Belə ki, onlar SMS vasitəsilə müvafiq xidmətdən icazə alaraq, həmçinin əlcək və maska taxaraq, evdən çıxırlar, heç bir halda kömək göstərəcəyi şəxsin evinə daxil olmurlar, ünsiyyətdə olduqları insanlarla azı iki metr ara məsafəsi saxlayırlar və ərzaq və ya dərmanların alınması üçün ehtiyac sahiblərindən əvvəlcə pulu götürməklə zəruri məhsulları alaraq, qəbzi ilə birlikdə təqdim edirlər.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin