"Milli Şuranın bəyanatı qərəzlidir"

20:05 11-04-2020 | icon 629 | Siyasət
"Milli Şuranın bəyanatı qərəzlidir"

Əlisahib Hüseynov: "Öz qüsurlarını görə bilməyən müxalifət iqtidardan ideallıq tələb edə bilməz"

 

"Əli Kərimli və onun “xaç ata”lıq etdiyi Milli Şura həmişəki kimi yenə də öz köhnə ampluasındadır. Əli Kərimlinin sosial şəbəkə paylaşımlarına və Milli Şuranın bəyanatlarına nəzər yetirəndə təəssüf edirsən ki, bu insanlar nə həyatda, nə də ki, siyasətdə qara rəngdən başqa heç bir rəng tanımırlar. Bunlar Azərbaycan reallıqlarını yalnız və yalnız qara rəngdə və qorxunc çalarlarla təqdim etməyə bir növ vərdiş ediblər. Məqsədləri də həm bunlara inanan bir qrup radikal ovqatlı siyasiləşmiş kəsimdə, həm də beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq, Azərbaycan haqqında yanlış rəy formalaşdırmaqdır".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında DADP sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri vurğuladı ki, AXCP sədri Əli Kərimlinin son paylaşımları və Milli Şuranın məlum bəyanatı da məhz buna xidmət edir:

"Hətta adından da görünür ki, Milli Şuranın bəyanatı nə qədər qərəzlidir. Bunlar adını “Koronavirus dövründə Azərbaycan hakimiyyətinin ölkədə siyasi repressiyanı gücləndirməsi ilə bağlı Milli Şuranın bəyanatı” qoyduqları söz yığınında həmişə olduğu kimi yenə də faktları mümkün olduğu qədər təhrif etməyə çalışıblar.

Belə ki, Əli Kərimlinin köməkçisi və “Azadlıq” qəzetinin əməkdaşı Faiq Əmirlinin polislər tərəfindən saxlanılmasını və aprelin 9-da Bakı şəhər Səbail rayon məhkəməsinin qərarı ilə 30 sutkalıq inzibati həbsə məhkum edilməsini, AXCP-nin daha bir fəalı, Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirovun Bakı şəhər Nərimanov rayon məhkəmənin qərarı ilə 30 sutka inzibati həbsə məhkum olunmasını, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının funksionerləri Şakir Məmmədov və Vəfadar Əliyevin saxlanılaraq, İXM-in (İnzibati Xətalar Məcəlləsi) 535-ci maddəsi - polisə müqavimət maddəsi ilə müvafiq qaydada 15 və 30 sutka müddətinə inzibati həbsə məhkum edilmələrini, eləcə də Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun və digərlərinin inzibati xətalar zəminində və ya karantin qaydalarını pozduqlarına görə həbs olunmalarını Azərbaycan hakimiyyətinin ölkədə koronavirusla mübarizə çərçivəsində müxalifətə qarşı yeni repressiya başlatması kimi, müxalifətçilərə, ictimai fəallara qarşı təqib-təzyiqlərin gücləndirilməsi kimi dəyərləndiriblər. Amma aydın məsələdir ki, bütün bunlar əsassız və ittihamlardan başqa bir şey deyil. Radikal müxalifətin rəhbərləri nəinki karantin qaydalarını pozanları, hətta xırda xuliqanlıq zəminində həbs edilən üzvlərini də az qala siyasi məhbus kimi, vicdan məhbusu kimi təqdim etməyə çalışırlar".

 

Ə.Hüseynov DADP olaraq AXCP və Milli Şuranın başında duran falsifikatorları hər şeyi siyasiləşdirmək cəhdlərindən əl çəkməyə çağırdıqlarını dedi. Bildirdi ki, bu qədər kinli və qərəzli olmaq heç də yaxşı bir şey deyil:

"Koronavirus pandemiyası kimi qorxunc bir bəlanın bu gün hər kəsi (iqtidar və ya müxalifət mənsubu olmasına fərq qoymadan) təhdid etdiyi bir məqamda AXCP və Milli Şuranın liderlərinin öz köhnə ədavət və vərdişlərindən əl çəkə bilməmələri dərin təəssüf hissi doğurur. Azərbaycan hakimiyyətini koronavirusdan sui-istifadə etməkdə və AXCP fəallarını həbs etmə əməliyyatını tam gücü ilə davam etdirməkdə ittiham edən Əli Kərimli və onun yandaşları ilk növbədə elə özləri koronavirusdan mövcud iqtidara qarşı təzyiq və təsir vasitəsi kimi istifadə etməyə çalışırlar. Özü də onlar bunu bilməyərəkdən yox, bilərəkdən, şüurlu şəkildə, planlı şəkildə edirlər. Bu da heç şübhəsiz ki, onların təfəkkürcə makiavellist olmalarından irəli gəlir. Yəni ki, “rəqibinə qarşı bütün mübarizə üsullarından (hətta mənəviyyata zidd üsullardan da) istifadə etmək olar” devizi bunların əsas mübarizə prinsipidir".

 

"Hər şeyə rəğmən, biz bir daha hər kəsi qapımızı kəsdirən pandemiya təhlükəsi qarşısında yersiz iddialardan, ittihamlardan, düşmənçilikdən əl çəkməyə, bütün azərbaycanlıları bu çətin günlərdə həmrəy olmağa çağırırıq" deyən Ə.Hüseynov bildirdi ki, iqtidar mənsubu olmaq heç kəsi məsuliyyətli olmaqdan azad etmədiyi kimi, müxalifətçi olmaq da heç kimə karantin qaydalarına xor baxmağa, bu qaydaları pozmağa əsas vermir:

"Müxalifətçi olmaq dərəbəylik demək deyil. Əsl müxalifətçi ümumi ictimai qaydalara saymazyana yanaşması ilə yox, nümunəvi vətəndaş olması ilə diqqətləri cəlb etməli, ictimai rəydə müsbət imic qazanmağa çalışmalıdır. Milli Şura hakimiyyəti hədələməkdənsə, öz fəallarının ictimai davranış qaydaları ilə məşğul olsa yaxşıdır. Öz qüsurlarını görə bilməyən müxalifət iqtidardan ideallıq tələb edə bilməz".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı