Deputat “Sənətə dəstək ol” təşəbbüsü ilə bağlı cəmiyyətə çağırış edib

22:55 11-04-2020 | icon 873 | Mədəniyyət
Deputat “Sənətə dəstək ol” təşəbbüsü ilə bağlı cəmiyyətə çağırış edib

Milli Məclisin Mədəniyyət komitəsi Mədəniyyət Nazirliyinin və Kreativ Azərbaycan Portalının (www.creative.az) “Sənətə dəstək ol” adlı təşəbbüsünə dəstək verib və cəmiyyətə çağırış edib.


Versus.Az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bununla bağlı sosial media hesablarından çağırış edib:

 

“Hörmətli izləyicilər, sizi Milli Məclisin Mədəniyyət Komitəsi olaraq dəstəyə çağırırıq!


Sizi də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Kreativ Azərbaycan Portalının (www.creative.az) “Sənətə dəstək ol” adlı gözəl təşəbbüsünə qoşulmağa dəvət edirik!


Təşəbbüs çərçivəsində koronavirusla bağlı çətin maddi vəziyyətə düşən yaradıcı insanların əl işlərini, rəsmlərini alaraq, onlara dəstək olmaq imkanı əldə edəcəksiniz. Alınan əsərlər Sizə “Azəri Ekspress” şirkətinin dəstəyi ilə çatdırılacaqdır.

Əsərləri alanlara həmçinin virusla bağlı məhdudiyyətlər müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən xüsusi təşəkkür diplomu da təqdim olunacaqdır.


Əsərlər satış üçün “Kreativ Azərbaycan” Facebook səhifəsində yerləşdiriləcəkdir. Bu təşəbbüsə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi də böyük məmnuniyyətlə qoşulur.


Ətraflı məlumat üçün:

https://m.facebook.com/story.php?story_fbid=154085439407875&id=100378698111883

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Nura Surinin “Dünyaya qəribəm” klipi

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı