Qənirə Paşayevanın rəhbəri olduğu QHT “Evdə qal, kitab oxu” aksiyası keçirib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili, yazar Qənirə Paşayevanın rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi Tovuz Gənclər Evi ilə birgə “Evdə qal, kitab oxu” aksiyası həyata keçirib.
Versus.Az xəbər verir ki, aksiya çərçivəsində 70 nəfər gəncə, o cümlədən rayonda fəaliyyət göstərən Gənclər evinin 60 nəfər könüllüsünə kitablar və koronavirus pandemiyasından qorunmaq məqsədilə tibbi gigiyenik ləvazimatlar göndərilib.
Aksiya çərçivəsində göndərilən kitablar gənclərin evdə qaldıqları bu həssas dönəmdə dünyagörüşlərini daha da zənginləşdirmək, zamanlarını daha da səmərəli keçirmək məqsədi daşıyır. Kitablar Azərbaycan tarixini, qəhrəmanlığını özündə əks etdirən romanları, tanınmış yazarların əsərlərini əhatə edir.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"