Ermənistana yardımın anlamı

11:23 13-04-2020 | icon 2062 | Köşə
Ermənistana yardımın anlamı

AKP iqtidarının heyrətləndirici addımları


İGİD TEYMURLU

 

Qardaş Türkiyədə AKP iqtidarının atdığı addımlardan adamı heyrət bürüyür. AKP-çilərin formal xilafət eşqi millətçiliyi ümmətçiıiyə qurban verib. Əməldə 7 dövlətin birliyinə nail ola bilməyən AKP iqtidarı görən hansı məntiqlə 27 ərəb ölkəsi ilə türklərin, eləcə də farsların işbirliyini formalaşdırmağın peşindədir?...

 

Qədim türklərin qurtuluşunda YENİ GÜN olan ERGENEKONu başqa çalar altında cəmiyyətə təqdim etməklə AKP ideoloqları millətçilik baxımından yanlış yapdılar. Yaxud, yanlış kimi başa düşdüyümüz nəsnənı gözəl bir naxış olaraq millətə sırıdılar. Hakimiyyətə gəlməzdən öncə erməniylə bir masaya oturmağın belə düzgün olmadığını dilə gətirməklə manipulyasiya edib sonradan bir futbol matçında erməni qarşısına nimçədə yemək verməni özlərinə divident kimi qəbul etdilər..

 

Helmut Kolun "xristian evi" kimi dəyərləndirdiyi Avropa Birliyinin qapısının ağzında mağmuncasına boyun burub türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməməsilə bağlı əvvəlki həmkarlarının dəsti-xətlərini davam etdirdilər...

 

Anlamadılar və anlamaq da istəmirlər ki, dünyanı 2 dəfə fəlakətə sürükləmiş Avropa Türkün Özünəqayıdışıyla, Türkün Ata Yurdlarından olan İstanbulun Fəthiylə barışmaq istəmir. Elə ol SƏBƏBDƏN də 12 həvarinin şərəfinə yapılan bayraqda Türkiyə üçün ulduz parlamayacaq. Bütün bunlar ortalıqda ikən hələ də Avropa Birliyi sevdası Turan Birliyinı puç etmədədir....

 

40 min türk mehmetciyi qətlə yetirən PKK-çıları köydə QƏHRƏMAN kimi qarşılayan da AKP iqtidarı oldu! Həmin PKK-nın siyasi yöndən təşkilatlanmasına münbit şərait yaradan da AKP iqtidarı oldu! Türk Silahlı Qüvvətlərinin, özəlliklə türk bordo berelisinin nüfuzunu da AKP iqtidarı aşağıladı! Türkiyədəki millətçi kəsiimin bu və ya digər şəkildə araşdırılması da AKP iqtidarının əl işi oldu! Müxtəlif adlar altında bütün millətçi kəsimi "zərərsizləşdirən" də AKP iqtidarı oldu!..

 

Bu gün tutuklanan iş adamı MÜBARİZ MƏNSİMOV bütün varlığıyla erməni faşizmi, erməni nasizminə qarşı mübarizə aparsa DA, nədənsə onun özünün, bütöv millətin müraciətlərini də göz ardına vuran AKP iqtidarıdır!..

 

VƏ İNDİ DƏ həmin AKP iqtidarı PANDEMİYA İLƏ BAĞLI qardaş Türkiyəyə müraciət edən Ermənistana yardım etmək istəyir - qardaşı olan Azərbaycanı qan çanağına döndərən, 20 faiz torpaqlarımızı işğal edən, qız-gəlinimizi əsir aparan, tarixi torpaqlarımız haqqında hədyanlar yazıb öz arxivlərini açmayan, qondarma erməni soyqırımını dünyaya həzm etdirməyə çalışan, UMUDLU, QARADAĞLI, XOCALI SOYQIRIMINI HƏYATA KEÇİRƏN, Uyğurustanda, Kərkükdə qətl edilən türklərin ahına, naləsinə baxıb qol götürüb oynayan erməniyə!!! Özlərini islamçı kimi göstərən AKP-çilər bilməmiş olmazlar ki, XƏSTƏLİKLƏR, TUFANLAR, DAŞQINLAR ALLAHIN ORDUSUDUR Kİ, BƏŞƏR ÖVLADI HAQDAN ÇIXANDA O ORDUNU UCA YARADAN YER ÜZÜNƏ GÖNDƏRƏR...

 

AMMA VƏ LAKİN...

Uca Yaradanın ən böyük və ən şərəfli Əsəri olan İnsana qənim kəsilən, nahaq qanlar axıdan, qonşuya və sığındığı kəsə xəyanət edən erməniyə yardımda bulunmaq nə demək?! ƏSLA OLAMAZ!!!

Yox bu yardım olacaqsa, demək ki, bu, AKP-çilərin ötən əsrin əvvəllərində türk millətinə xəyanət edərək rus şovinizminə dayaq durmaqla Türkiyənin məhv edilməsi planının yanında olmaları anlamına gələcək! Yox bu yardım olacaqsa, demək ki, bu, AKP-çilərin 40 min türkü qətlə yetirən PKK simpatizanlarının yanında olmaları anlamına gələcək! Yox bu yardım olacaqsa, demək ki, bu, AKP-çilərin ötən əsrin əvvəllərində qardaş Azərbaycanda mart soyqırımını törədən ermənilərin yanında olmaları anlamına gələcək! Yox bu yardım olacaqsa, demək ki, bu, AKP-çilərin qardaş Azərbaycanı deportasiyalara, soyqırımlara məruz qoyan rus-fars-erməni triosunun yanında olmaları anlamına gələcək! Yox bu yardım olacaqsa, demək ki, bu, AKP-çilərin Livanda, Suriyada hərbi poliqonlarda türkün qanına susayan mazaxist ermənilərin yanında olmaları anlamına gələcək! Yox bu yardım olacaqsa, demək ki, bu, AKP-çilərin UMUDLU, Qaradağlı, XOCALI SOYQIRIMINI törədən rus və erməni birləşmələrinin yanında olmaları anlamına gələcək!...

 

VƏ belə anlamlar saymaqla bitəsi deyil. 80 milyonluq bir ölkə olaraq bu gün qardaş Türkiyə gerçəkdən türk və islam dünyasının son ümid yeridir. Bi mənada AKP İQTİDARI da qardaş Türkiyəyə ümid kimi baxanların məhəbbətlərinə çevrilməyi, qardaş Türkiyəyə sevgi kimi baxanlar üçün bütün çətinliklərə sinə gərməyi bacarmalıdır. Heç bir halda Ermənistana yardım edilməməlidir. Amma nə yazıq ki, AKP İQTİDARININ atdığı addımlar hələ də bizləri heyrətləndirməkdədir!!!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin