"Pandemiya siyasi hadisə deyil, sosial məsələdir və tibbi fəlakətdir"

14:55 13-04-2020 | icon 534 | Sosial
"Pandemiya siyasi hadisə deyil, sosial məsələdir və tibbi fəlakətdir"

Əlisahib Hüseynov: "Partiyaların mütləq əksəriyyəti dövlətin koronavirus pandemiyasının fəsadlarına qarşı mübarizə tədbirlərini birmənalı surətdə dəstəkləyir"

 

Koronavirus pandemiyası hər hansı bir siyasi partiya və ya siyasi lider tərəfindən piar məqsədilə, reytinq yığmaq niyyəti ilə istifadə edilə bilməz.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

 

Bu gün hamımızın dəhşətli bir bəla ilə üz-üzə olduğumuzu vurğulayan partiya sədri qeyd edib ki, siyasi mənsubiyyətindən, dini əqidəsindən, irqindən və millətindən asılı olmayaraq bütün insanlar, bütün bəşəriyyət koronavirus infeksiyasının dünya miqyasında geniş yayılmasından, pandemiyaya çevrilməsindən əziyyət çəkir. Məhz bu səbəbdən indi hamımız ciddi bir sınaq qarşısındayıq:

"Bu sınaqdan necə çıxacağımız isə ilk növbədə beynəlxalq təşkilatlardan və bütün ölkələrin hökumətlərinin adekvat qərarlarından, təxirəsalınmaz tədbirlərindən asılı olacaqdır. Ayrı-ayrı ölkələrin hökumətləri pandemiyaya qarşı mübarizədə müxtəlif metodlardan istifadə edirlər. Azərbaycan hökuməti də koronavirus pandemiyasına qarşı mübarizənin səmərəli və düzgün təşkil olunması istiqamətində bir sıra uğurlu addımlar atıb, önləyici tədbirlərə start verib. Lakin sözügedən mübarizənin daha effektiv və daha da çevik formada aparılması təkcə hökumətdən asılı deyil. Bu işdə hökumətlə bərabər, siyasi partiyalar da fəallıq nümayiş etdirməli və həm hökumətin bu istiqamətdə gördüyü işlərə mənəvi-siyasi dəstək verməli, həm də müvafiq qaydada təkliflərini irəli sürməlidir. Biz Demokratik Azərbaycan Dünyası Partiyası olaraq hökumətin koronavirus pandemiyasına qarşı mübarizə sahəsində gördüyü işlərə ilk gündən öz dəstəyimizi bəyan etmişik və gücləndirilmiş karantin rejiminin tətbiqini də məqbul hesab edirik. Sosial şəbəkə üzərindən çağırışlarımızda da davamlı olaraq bütün vətəndaşlarımızı Operativ Qərargahın “evdə qal” təşəbbüsünə qoşulmağı, bu çağırışa əməl etməyi tövsiyyə etmişik".

 

Ə.Hüseynov bildirib ki, pandemiya siyasi hadisə deyil, sosial məsələdir və tibbi fəlakətdir. Bu məsələni heç bir halda siyasiləşdirmək olmaz. Və heç bir siyasi partiya, ictimai təşkilat bu fəlakətdən öz lokal maraqları, bu və ya digər siyasi hədəfləri üçün istifadə edə bilməz:

"Koronavirus pandemiyası hər hansı bir siyasi partiya və ya siyasi lider tərəfindən piar məqsədilə, reytinq yığmaq niyyəti ilə də istifadə edilə bilməz. Amma təəssüf ki, son günlər bəzi KİV-lərdə və sosial şəbəkələrdə ayrı-ayrı siyasi fiqurların, siyasi təşkilatların koronavirus pandemiyasının Azərbaycan əhalisinə və ölkə iqtisadiyyatına mənfi təsirlərinin azaldılması ilə əlaqədar hökumətə və ictimaiyyətə təkliflər paketi təqdim etmələri ilə bağlı müxtəlif iddialar səsləndirilir. Çox güman ki, bunu edənlər məqsədli şəkildə edirlər. Koronavirus pandemiyasının sayəsində hansısa partiyanın və ya liderin populyarlıq qazanmasına çalışırlar. Lakin bu cür üsullar siyasətdə yolverilməz hal kimi qiymətləndirilir.

Mən əminəm ki, heç bir konstruktiv siyasi qurum və ya sağlam təfəkkürlü siyasətçi belə üsullardan istifadə edilməsini məqbul saymaz. Və müşahidələrim də onu deməyə əsas verir ki, hal-hazırda siyasi partiyaların mütləq əksəriyyəti (iqtidaryönümlü və ya müxalifət partiyası olmasından asılı olmayaraq) Azərbaycan dövlətinin və hökumətinin koronavirus pandemiyasının fəsadlarına qarşı mübarizə tədbirlərini birmənalı surətdə dəstəkləyir. Belə olan təqdirdə, bir neçə siyasi partiyanın koronavirus pandemiyasına qarşı mübarizənin təşkili ilə bağlı hökumətə təkliflər paketi təqdim etmələri barədə mövzunu gündəmə gətirmək və bu mövzu ətrafında siyasi spekulyasiya etmək heç də bəyənilən hal deyil. Bu cür böhran situasiyalarında “mən daha ağıllıyam” görüntüsü yaratmaq məqsədilə sosial şəbəkələrdə paylaşımlar etmək və izləyicilərin simpatiyasını qazanmağa çalışmaq da təqdir olunmur. İndi hamının həmrəylik nümayiş etdirməli olduğu bir məqamdır. “Biz flan partiya olaraq hökumətə bu şəraitdə hansı addımların atılması ilə bağlı bütün sahələr üzrə - sosial, səhiyyə, hərbi, penitensiar, iqtisadi və s. təkliflər paketini təqdim etmişik” deyə, iddialı fikirlər səsləndirmək, “mən də varam” prinsipi ilə çıxış etmək zamanı deyil".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”