"Hökumət də lazım olmayan yerdə xəsislik etməməlidir"

09:54 15-04-2020 | icon 591 | İqtisadiyyat
"Hökumət də lazım olmayan yerdə xəsislik etməməlidir"

Əliməmməd Nuriyev: "İnsanlığın sinaga çəkildiyi bu çətin günlərdə tamahın, isterikanın ön plana çıxması qətiyyən yolverilməzdir"

 

"Koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbilər və xüsusi karantin rejiminin tətbiq olunması təbii olaraq əhalinin az təminatlı hissəsi və günəmuzd çalışanlar üçün maddi problemlər yaradıb. Həmçinin iqtisadiyyatın bir çox sahələri ziyan görür".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.

 

Bütün dünyada olduğu kimi Azərbaycan hökuməti tərəfindən əhalinin az təminatlı hissəsi və günəmuzd çalışanlara dəstək verilməsi məqsədilə xüsusi tədbirlər həyata keçirildiyini vurğulayan Ə.Nuriyev qeyd edib ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə tədbirlər əksini tapır:

"Bu 4 istiqamət üzrə 10 dəstək tədbiri 1 milyon 900 min vətəndaşı əhatə edir. Həmin istiqamətlər üzrə ayrılan vəsait isə 394 milyon manatdır. Bu il aprel-may aylarında əlavə olaraq 50 min ödənişli ictimai iş yerinin yaradılacağı nəzərdə tutulub. Özünüməşğulluq proqramı genişləndiriləcək, bu il 11 min nəfər proqrama cəlb ediləcək. İşsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi də tədbirlər sırasındadır. Bu məqsədlə 70 milyon manat ayrılıb".

 

Ə.Nuriyev işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün 190 manat ödənilməsi prosesi ətrafında süni ajotaj yaradılmasını təəssüflə qeyd edib:

"Şübhəsiz ki, işsizlərə ayrılan yardımın ümumi məbləği ilə bağlı müzakirələr açmaq olar. Təbii ki, işsiz olan, karantin dövründə işini itirən, gündəlik qazancından məhrum olan vətəndaşların bu məbləği almaq hüququ var. Bu kateqoriyaya məxsus vətəndaşların dövlətdən gözləntiləri də təbiidir. Uman yerdən küsərlər. Ancaq aşkar müşahidə olundu ki, bu proses ətrafında süni və məqsədli şəkildə ajiotaj yaradıldı, bu həssas vaxtda təmkinli davranış, konstruktiv müzakirələr və obyektiv mövcud olan problemlərin müzakirəsi, həll yollarının təklif edilməsi əvəzində ictimai rəyin körüklənməsi, kütləvi etiraz imitasiyası yaradılması səyləri açıq göründü. Nəzərə alınmadı ki, indiki vəziyyət fors-major vəziyyətdir, hətta dünyanın inkişaf etmiş iqtisadiyyatlarına malik ölkələr belə bu situasiyanın yaratdığı problemləri anındaca həll etmək imkanına malik deyillər. Bu cür situasiyalarda ən yaxşı çıxış yolu, təmkinli davranış, sistemli düşünməkdir. Bu cür vəziyyətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq elektron sistemində müşahidə olunan texniki problemlər də təbiidir. Bu tamamilə yeni bir vəziyyət idi və çağırışıydı. Nazirlik bu çətinliklərin aradan qaldırılması üçün çevik çalışdı, geniş məlumatlandırma kampniyası apardı. Elektron sistem rekord qısa müddətə təkmilləşdirildi. Bu baxımdan obyektiv problemləri qeyd etməklə yanaşı, yalnız bu çətinlikləri gündəmdə saxlamaq, ayrı-ayrı epizodları qabardaraq ümumi bir narazılıq-ab-havası yaratmaq səyləri müşahidə olundu. Nəzərə almaq lazımdır ki, ƏƏSMN-də koronovirusla mübarizədə ön cəbhədədir və döyüşdə olduğu kimi bütün məsələləri əvvəlcədən planlaşdırmaq mümkün olmur, bir çox çətinlikləri elə yerində, səngərdə həll etmək zərurəti yaranır. 65 yaşdan yuxarı vətəndaşlara evdə qayğı məsələləri çox yaxşı təşkil olundu, DOST Mərkəzləri bu sınaqdan yaxşı çıxdı. Sosial işçilər də pis işləmərilər, yəni sosial müdafiə sistemi və mexanizmlərin mövcud resurslarla optimal fəaliyyət göstərilməsinə gerçəkdən səy göstərildi".

 

Ə.Nuriyev bildirdi ki, karantin rejiminin elan olunmasından və pandemiyadan zərər görən, problemlərlə üzləşən hər bir vətəndaş, biznes dövlətdən dəstək ummalıdır. Onun sözlərinə görə, hökumət də öz növbəsində indiyə qədər açıqlanan dəstək proqramlarını bir daha sərf-nəzər edib, optimallaşdırma aparıb, yeni alətlər tətbiq etməlidir:

"Dövlətdən gözləntilər böyükdür və şübhəsiz ki, dəstək tədbirləri də adekvat olmalıdır. Bununla yanaşı nəzərə almaq lazımdır ki, resurslar da hüdudsuz deyil, həmçinin hələ perspektiv də qeyri-müəyyəndir və hökumət gələcəyi də düşünməli, ehtiyatını görməlidir. Bu məsələlər soyuqqanllı analiz, konstruktiv yanaşma və məsuliyyətli davranış tələb edir. Bu çətin günlərdə tamahın, isterikanın ön plana çıxması qətiyyən yolverilməzdir. Bununla yanaşı hökumət də ehtiyacların real həcmini nəzərə alaraq lazım olmayan yerdə xəsislik etməməlidir. Bu zaman xəsisliklə qənaətcil və məsuliyyətli davranışı qətiyyən qarışdırmaq olmaz. Eyni zamanda hökumətlə konstruktiv müzakirə və çağırışları, problemlərin müzakirəsinin də siyasi şouya, siyasi fürsətçiliklə əvəzlənməsi cəhdləri də yolverilməzdir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür