“Siyasi mübarizədə tərəddüd edirik, çünki...”

15:22 21-05-2018 | icon 555 | Siyasət
“Siyasi mübarizədə tərəddüd edirik, çünki...”

 

Nəsir Ağayev: “Müxalifət 50 yığıncaq keçirsə də düzələn deyil”

 

 

“Əgər müxalifətin içərisində aydın bir fikir, aydın bir proqram yoxdursa, o, məmləkəti aydınlığa çıxara bilməz”.

 

Bunu Versus.Az-a Azərbaycan Xalq Hərəkatı Partiyasının (AXHP), Bakı Kəndlər BirliyiAğsaqqallar Şurasının sədri Nəsir Ağayev siyasi partiyaların hazırkı fəaliyyətini dəyərləndirərkən deyib.

N.Ağayev bildirib ki, müxalifət nə qədər güclü olarsa, dövlət də o qədər güclü olacaq. Hazıda müxalifətin fəaliyyətinin çox pis olduğunu deyən AXHP sədri, onun tezliklə düzəlməsini  mümkünsüz hesab edib:

 

“15 nəfər müxalifətçi bir yerə yığışarsa, ya bir-biri ilə mübarizəyə başlayacaq, ya da hakimiyyət davası aparacaq. Müxalifət 50 yığıncaq keçirsə də düzələn deyil. 3-4 ənənəvi  partiya varsa, onların da durumu gərgindir. Hər bir partiyanın öz daxilində bir-biri ilə mübarizə, qütbləşmə, parçalanma gedir. Görürsən ki, 6 ay qabaq bir  partiyada olan adam, ordan ayrılıb və həmin partiyanın adı ilə başqa işlər görür. Bu qədər olmaz”.

 

N.Ağayev “müxalifətin iqtidarın təzyiqlərinə görə fəaliyyətsiz qalması” fikirlərini də yanlış hesab edib:

 

“Siyasi mübarizədə təzyiq də olacaq, təqiblər də. İqtidar müxalifət üçün şərait yaratmalıdır ki, gəlsin onu devirsin? Qətiyyən o fikirlə razı deyiləm. Müxalifəti hakimiyyətə yalnız  iqtidarın buraxmış olduğu səhvlər gətirə bilər. Amma müxalifət də o səviyyədə deyil ki, səhvləri analiz edib, aydınlaşdırsın və nəticə çıxarsın. Müxalifət sadəcə qışqırıqla, pafosla, əsəbiliklə, adamları “sortlara” ayırmaqla  hakimiyyətə gələ bilməz. Eyni zamanda, müxalifət nəzərə almalıdır ki, Azərbaycan düşmənlə əhatə olunub. O, mövcud duruma uyğun özünün mübarizə yollarını aydınlaşdırmalı, yeni üsullar tapmalıdır. Lakin heç bir vasitə dövətin zəifləməsinə  yönəməməlidir. Müxalifət birinci növbədə xalqın inamını qazanmalı, etimadını doğrultmaqla siyasi uğur qazana bilər”.

 

Partiya sədri bildirib ki, hazırda siyasi fəaliyyətlərini yalnız Bakı kəndləri ilə aparırlar. N.Ağayev eyni zamanda siyasi mübarizədə tərəddüd etdiyini də qeyd edib:

 

“Biz siyasi mübarizəmizin ən yüksək mərtəbəsinə qalxa bilərik. Amma indiki durumda tərəddüd edirik. Çünki Bakıda aydınlq yaranmasa, müəyənlik olmasa, Azərbaycan üfüqdə də görünə bilməz. Dövlətçiliklə oynamaq olmaz”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin