“Ağciyər, mədə-bağırsaq sistemi xəstəlikləri də bu fəsildə kəskinləşir”

20:11 15-04-2020 | icon 803 | Sağlamlıq
“Ağciyər, mədə-bağırsaq sistemi xəstəlikləri də bu fəsildə kəskinləşir”

Nərminə Abbasova: “İmmun sistemi zəif olanlar temperaturun, mövsümün dəyişməsinə həssas olurlar”

 

“Qışın soyuğundan enerji və vitamin itkisi ilə çıxmış insan orqanizmi baharın kəskin hava dəyişikliyinə dözümsüz olduğu üçün bu mövsümdə bir çox xəstəliklər aktivləşir.

 

Bunu yaz fəslində aktivləşən xəstəliklərlə bağlı Versus.Az-a danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova deyir.

 

Nərminə xanım xəbərdarlıq edir ki, bu mövsümdə xroniki xəstəliklərdən əziyyət çəkənlər mütləq həkimə müraciət etməlidirlər. Onun sözlərinə görə, yaz xəstəliklərinə allergiya, avitaminoz, həzm sistemi xəstəlikləri, pielonefrit və sistit, sinusit və qaymorit, yaz kataraktası, depressiya və stress, eləcə də son günlər çoxlarının şikayət etidyi qrip və soyuqdəymə aiddir. Təbii ki, dünyada tüğyan edən COVİD 19 koronavirus pandemiyası bu sırada deyil. Yəni bu virus mövsümi sayılmır:


"Soyuq havadan isti şəraitə keçəndə bəzi insanlar temperaturun kəskin dəyişməsinə reaksiya vermirlər. Amma immun sistemi zəif olanlar temperaturun, mövsümün dəyişməsinə həssas olurlar. Belə insanlarda yaz fəslində xroniki xəstəliyin kəskinləşməsi halı baş verir. Yaxud bir insanda bronxit varsa, yaz aylarında xroniki bronxit mütləq kəskinləşməlidir. Ağciyər, mədə-bağırsaq sistemi xəstəlikləri də bu fəsildə kəskinləşir. İmmun sistemi zəif olan insanlarda ümumi halsızlıq, infeksion xəstəliklərə qarşı müqavimət və iş qabiliyyəti zəifləyir. Qeyd edim ki, immun sisteminin zəifliyi qışda vitamin balansının azalması ilə özünü büruzə verir. Vitamin balansı həm xarici, həm də daxili faktorlarla əlaqədar azalır. Xarici faktor odur ki, insanın qəbul etdiyi vitaminlərin həcmi digər fəsillərə nisbətən azalır. Daxili faktorlara baxaq. İnsanın mədə-bağırsaq sistemi xəstədirsə, mədə-bağırsaq sisteminin eroziyalarında, xoralarında, bağırsaqda hansısa bakterioz varsa, belə insanlarda xüsusilə yağda həll olunan vitaminlərin sorulması prosesi pozulur və insanın vitamin balansı zəifləyir”.

 

Həkim-terapevt bildirdi ki, mövsüm dəyişməsi ilə də əlaqədar vitamin balansı zəifləyən insanlarda halsızlıq, iş qabiliyyətinin gücdən düşməsi, ətraf mühitə qarşı laqeydlik yaranır. Həkimin sözlərinə görə, belə insanlar əsasən yuxulu olur və bütün günü yatmaq istəyirlər. Bunun qarşısını almaq üçün ilk növbədə xroniki xəstəliklərin müalicəsinə başlamaq lazımdır: 


“Mövsüm dəyişkənliyi ilə bağlı allergik xəstəliklər də kəskin surətdə artır. Yaz fəslində allergik xəstəliklərdən ən çox uşaqlar əziyyət çəkir. Bu isə özünü qızdırma, ishal və qusma ilə göstərir. Məsləhət görürük ki, belə hallar müşahidə olunduqda ilk növbədə uşağı imalə etmək, daha sonra isə həkimə aparmaq lazımdır. Həkimə müraciət edə bilməyən insanlar xroniki xəstəliklərin qarşısını almaq üçün immun sistemini artıran qidalardan istifadə etməlidir. Ev şəraitində xüsusən kök, alma, nar, çuğundur şirəsini hazırlayıb içmək faydalıdır. Meyvə və tərəvəzlərdən bolluca istifadə edilməlidir. Çünki qış vaxtı yerin altında yetişən tərəvəzlər vitaminləri toplayır, yerin bütün gücünü özlərinə alırlar. Onu da deyim ki, yalnız qidalanma ilə deyil, idman etməyin, təmiz havada gəzmək də mövsümi xəstəliklərin müalicəsi üçün faydalıdır”.


Həkim-terapevt vurğuladı ki, yaz mövsümü insanların psixoloji vəziyyətinə də ciddi təsir göstərir. Onun sözlərinə görə, bu mövsümdə orqanizmdə hormonal aktivlik güclənir. Məhz bu səbəbdən yaz aylarına "qan qaynayan" vaxt deyirlər. İnsanın qanının qaynaması hormonal aktivlik nəticəsində baş verir.

DİQQƏT!

Əgər yaz mövsümü xəstəlikləri ilə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin