Laçın ətirli təbrik ismarıcları

09:44 16-04-2020 | icon 1980 | Köşə
Laçın ətirli təbrik ismarıcları

Ana nəvazişinin və ananı nəvazişin yubileyi


İGİD TEYMURLU

 

Əziz səngər qardaşım, heç şübhəsiz ki, sən bu gün dostlarından, yaxınlarından, doğmalarından Doğum Günün, 50 illik Yubileyinlə bağlı çoxlu Laçın ətirli təbrik ismarıcları alacaqsan. Sənə ilk təbrik bir il bundan öncə başına sığal çəkən, indisə Onun məzar daşına sənin sığal çəkdiyin ANAMIZdan gələcək! Sonra o təbrikə Nigaran Ruhlar, KƏSİK Qollar, KƏSİK Qıçlar, Sarıbabada, QIRXQIZ yaylaqlarında qıy vuran səngər yoldaşlarının Vətənləşən MÜBARƏK VÜCUDLARI GƏLƏCƏK - sənə Laçının bahar təravətini duyuracaqlar..

 

Daha sonra səni təbrik edənlər sırasına ANANI ANAsı Atanı Atası bilən xanımın, "ana" deyə səslədiyin, "ata" deyə harayladığın gül balaların da qoşulacaq..

 

VƏ o SIRADA bizlər də varıq - sənə qucaq açıb böyüdən, bəsləyən Laçınımıza sahib çıxacaq Köhnə Kişilər! Qutlu olsun, DOĞUM Günün, əziz qardaşım!..

 

Azdan, çoxdan sənin Ruhuna yaxından bələd olan birisi olaraq o düşüncədəyəm ki, hamımız üçün xoş olan gündə sən həm də nə qədər ağrıdıcı olsa belə sevincinin kədərini yaşamaqdasan...

 

Çünki bu yubiley ilində başını sığallayacaq bir ANA NƏVAZİŞİnin həsrəti var qəlbində - içində bəslədiyin ulvi hisslərin ən ülvisi, ən pakı, ən müqəddəsi olan Ana nəvazişi. O Nəvaziş haqqında xoş sözlər söyləmək üçün Sözün Özü belə acizdir, yetərsizdir. Ana haqqı Tanrı haqqı, Ana qucagı behist guşəsidir, əziz qardaşım.

 

SƏN bu yubiley ilində dünyada ən tez qəbul olunan Ana duasını eşitməsən belə, ama "ana" deyə müraciət etdiyin övladının duyğularında, baxışlarında, kövrək səsinin titrəyişlərində, övladının sənə "ata" deyib boynuna doladığı qollarının gücündə, dünyanın özü boyda problemlərə tab gətirməklə dözüm nümayiş etdirib sənə dünyanın özü boyda sevinc bəxş edən xanımının sizlərə olan sevgisində təcəlla edib o Ana Nəvazişi. Yəni, Analar da, Atalar da heç zaman ölmürlər, əziz qardaşım - sevdiklərimizin və bizi sevənlərin bizə və bizim onlara münasibətimizdə yaşayır Ana, Ata Sevgisi. Uca Yaradan elə Sənin timsalında cəmi dostları o Sevgiylə var etsin! Əstəğfürullah, Ananın və Atanın pisi, yaxşısı olmaz, ama dünyada ən pis olanı anasız, atasız olmaqdir. Hec bir yer insana ana qucağı qədər, ana nəfəsi qədər doğma əziz ola bilməz. Heç bir şey insana Ata Güvəncini əvəz edə bilməz. Ana ayağının tozu gözlərə çəkiləcək sürmə qədər gözəldi, füsunkardı. Ananın Südünün, Atanın Çörəyinin haqqı hec vaxt ödənməz, buna hec bir ömür də bəs etməz. Valideyinlə övlad iki vücudda bir ruhdur. Biz analarımızın, atalarımızın vücudundan bir parcayıq. İnsan nə qədər yaşlanırsa yaşlansın daim anaya da, ataya da o bir uşaqdır, onlara möhtac olan bir varlıqdır......

 

Uca Yaradandan sonra tək sığındığımız, tək bağlandığımız, tək inandığımız bir varlıqdı Ana. Analar bizim üçün ömürlərini sam kimi əridən mələklərdir. Müdriklərimiz əbəs yerə deməyiblər ki, övlad Anadan yetim qalir. Biz bir millət olaraq hamımız ruhən yetimik. Anasız oldugumuz her yerdə biz təkik, tənhayıq....

 

Açılan o süfrələrdə Analar cismən bizimlə olmasa da, ama öz varlığına əmin olduğun kimi bil ki, o süfrəyə xeyir-dua verən gözlə görmədiyin, ürəyində bəslədiyin bir qüvvə var - o qüvvə Anadır. Qəbrinin üstünü göz yaşınla islatdığın, başdaşını göz yaşınla yuduğun Ana. Analar, atalar hər zaman bizimlədir- xoş GÜNÜMÜZƏ baxıb sevinən, çətin günümüzdə bizə bəyan olan Analar və Atalar..

 

Bu gün Atalar, Analar Onların nəvələrinə Atalıq, Analıq edən övladlarının varlığında yaşamaqdadılar. Yaşın mübarək olsun, əziz qardaşım! Səni təbrik edirəm, yubiley ilində başı Ana Nəvazişinə qəribsəyən sirdaşım! Doğum Günün qutlu olsun, Ana Nəvazişilə 50 yaşını qeyd edərkən sevincinin kədəri, kədərinin sevincinə SIĞINAN Laçınım mənim! Gələcəyini quracaq hər yeni gün öncəkindən daha gözəl, istəklərinə daha uyğun və səni, sənin ciyərparalarını xoşbəxt edəcək şəkildə keçsin. Bizi gözləyən Qarabağımızda ANA sandığımızın yurd yerlərimizdə o xoş Ətri duymaq arzususuyla. Bu da mən qardaşından Sənə təbrik mesajı..

 

Öpürəm, bağrıma basıram!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI