Oruc tutmaq koronavirusun yayılması üçün risk yaradırmı?

10:09 16-04-2020 | icon 1629 | Sağlamlıq
Oruc tutmaq koronavirusun yayılması üçün risk yaradırmı?

İftar süfrəsi təşkil etmək yasaqlanır

 

Türkiyə Diyanət İşləri Ali Şurası “Koronavirusun yayıldığı zamanda oruc tutmalıyıq?” sualına cavab verib.

 
 
Versus.Az xəbər verir ki, Dini qurumun açıqlamasında:
“Ramazan ayında sağlam şəxslərin oruc tutması xəstəliyin yayılması üçün xüsusi bir risk yaratmır”. 
 
 
“Ali dinimizin prinsiplərinə görə, hər ibadətin nazil olması ilə vaxt, məkan və şərtlər müəyyən edilib.
 
Ramazan ayında hər sağlam bir möminin oruc tutması Allahın əmri ilə qəbul edilmişdir (əl-Bəqərə, 2 / 183-185). Bu ibadəti tamamilə təxirə salmaq mümkün deyil.
 
 
Tibb mütəxəssislərindən alınan məlumata görə, sağlam şəxslərin oruc tutması xəstəliyin yayılması üçün xüsusi bir risk yaratmır. Bundan əlavə, orucun immunitet sisteminə mənfi təsir göstərdiyinə dair sübutlara əsaslanan tibbi tapıntı olmasa da, orucun immunitet sisteminə müsbət təsir göstərdiyini bildirən elmi nəşrlər var.
 
 
Epidemiya davam edərkən, sosial təcrid qaydası çərçivəsində başqaları ilə təmasda olmaqdan çəkinmək lazımdır və bu istiqamətdə qohumları, qonşuları və dostları ilə iftar süfrəsi təşkil etməkdən mütləq çəkinmək lazımdır. Xalqımızın sağlamlığını qorumaq üçün məsul vəzifəli şəxslərin müəyyən etdiyi qaydalara əməl etmələrini təmin etmək, özlərinin və başqalarının həyatına təhlükə yarada biləcək rəftar və davranışlardan çəkinmək dini vəzifədir." /medicina.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür