“Bu bölgədə geostrateji münasibətlər həmişə bu cür olmayacaq”

17:03 16-04-2020 | icon 674 | Geopolitika
“Bu bölgədə geostrateji münasibətlər həmişə bu cür olmayacaq”

Qabil Hüseynli: “Çox yaxın zamanda geostrateji mənfilərin Azərbaycanın xeyrinə dəyişəcəyi qənaətindəyəm”

 

“Azərbaycan ordusu hər an döyüşə hazır olmalıdır. Azərbaycan ordusunda keçirilən təlimlər onu sübut edir ki, ordunun hazırlıq vəziyyəti qənaətbəxşdir. Keçirilən hərbi təlimlər bütün ordu hissələrinin yüksək döyüş hazırlığına, yüksək mənəvi keyfiyyətlərə sahib olduğunu sübut edir. Ona görə də Azərbaycan ərazilərində özbaşınalıq edən Ermənistnın quldur dəstələri qorxmalıdır. Bu, başqa cür ola da bilməz”.

 

Versus.az xəbər verir ki, bunu politoloq Qabil Hüseynli erməni separatçılarının Qarabağda keçirdiyi “seçki”, ondan əvvəl Ermənistanla sərhədləri mayın 12-nə qədər bağlamağa məcbur olması və Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün hərbi siyasət aparması ilə bağlı keçirdiyi qorxu ehtimalları ətrafında açıqlamasında bildirib.

 

Politoloq bildirib ki, torpaqlarımızın 20 faizi işğal altındadırsa, ordumuza qayğı, bütün ehtiyaclarının ödənilməsi və ordu quruculuğu birnömrəli vəzifəyə çevrilməli və ordunun özü də ona göstərilən qayğını doğrultmağa hazır olmalıdır:

 

“Azərbaycan ordusunun potensial imkanları ölkənin ərazi bütövlüyünün təmin edilməsinə tam imkan verir. Lakin beynəlxalq münasibətlər, ətraf dövlətlərin bu məsələyə məlum yanaşmaları, münaqişənin sülh yolu ilə həll edilməsi yolunda göstərilən təlqinlər Azərbaycan ordusunun öz missiyasını yerinə yetirməyi müəyyən dövrə qədər təxirə salmağı tələb edir”.

 

Q.Hüseynli bildirib ki, həmişə belə olmayacaq. Çünki Ermənistan danışıqlar prosesində tam açıq formada qeyri-konstruktiv rol oynayır. Bu ölkənin başıpozuq rəhbərliyi isə gündə bir hava çalır və qeyri-ciddi, bir az da kiməsə arxalanaraq, təkəbbürlü formada danışıqlar prosesini sabotə edir, təxribatçılıqla məşğuldur:

 

“Qənaətim budur ki, bu bölgədə geostrateji münasibətlər həmişə bu cür olmayacaq. Mən çox yaxın bir zamanda geostrateji mənfilərin Azərbaycanın xeyrinə dəyişəcəyi qənaətindəyəm. Bu da bizə imkan verəcək ki, ya ərazilərin azad olunmasına yönəlik sülh danışıqlarından qaçan qüvvələri masa arxasında oturmağa məcbur edək, ya da, öz ərazimizdə antiterror tədbirləri çərçivəsində ordumuzu hərəkətə gətirək”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

“Sovetski”də qədim quyu və tunellər aşkarlandı