Siyasi partiya uzun illərdən sonra qeydiyyata alındı

09:39 17-04-2020 | icon 404 | Siyasət
Siyasi partiya uzun illərdən sonra qeydiyyata alındı

Sülhəddin Əkbər: “Müxalifətlə dialoqa başlamaq istiqamətindəki addımlarının ilk işartıları görünməkdədir”

 

“Azərbaycan hakimiyyətinin ölkənin siyasi sistemini yeni konfiqurasiyada qurmaq və bu məqsədlə də müxalifətlə dialoqa başlamaq istiqamətindəki addımlarının ilk işartıları görünməkdədir. Belə ki, Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik orqanıyla iş şöbəsinin müdiri Ədalət Vəliyevin müxalif partiya sədrləriylə görüşlərinin, eləcə də son müşavirədə Prezident İlham Əliyevin müxalifətlə dialoqun vacibliyi haqda çağırışlarının ardınca hökumət indiyədək qeydiyyatına süni əngəllər yaradılan partiyaların dövlət qeydiyyatına alınmasına da başlayıb”.

 

Versus.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınan müxalif siyasi təşkilatlardan biri olan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirib.

 

Partiya sədri Azad Demokratlar Partiyasının 2014-cü ilin 6 iyulunda təsis edilsə də, indiyədək qeydiyyatdan keçirilmədiyini deyib.

 

Xatırladaq ki, bu partiyanın sədri Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsində işləyib.

 

Qeyd edək ki, Sülhəddin Əkbər uzun illər İsa Qəmbərin başqanlıq etdiyi Müsavat Partiyasında Məclis sədri, sonra Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyasının sədri olub. 2014-cü ilin 6 iyulundan isə ACP-dən ayrılaraq, tərəfdarlarıyla birgə Azad Demokrtlar Partiyasını yaratdığını elan edib.

 

SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı