“İran Ermənistan üçün Oksigen mənbəyidir”

09:48 17-04-2020 | icon 572 | Geopolitika
“İran Ermənistan üçün Oksigen mənbəyidir”

Qabil Hüseynli: “İranın siyasəti açıq-aşkar antiazərbaycan siyasətidir”

 

“Təcavüzkar Ermənistanın ayaq üstdə durmasında ən böyük rolu oynayan ölkələrdən biri İrandır. İran həmişə separatçı Ermənistana lazım olan ərzaq və sənaye mallarını göndərməklə Ermənistan üçün oksigen rolunu oynayır”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Qabil Hüseynli İrandan Dağlıq Qrabağ separatçılarına göndərilən yardım karvanları ilə bağlı erməni mətbuatının məlumatlarına və  Azərbaycan Xarici İşlər Nazirliyinin məsləyə dair İran səfirliyinə verdiyi etiraz bəyanatına əsasən açıqlamasında bildirb.

 

İranın Ermənistanla hər zaman sıx iqtisadi əlaqələrinin olduğunu deyən politoloq, bu gün bu əlaqələrin Dağlıq Qarabağ separatçılarına qədər uzandığını deyib. İran rəsmiləri bu məlumatları təkzib etsələr də, Dağlıq Qarabağa neft məhsulları  daşıyan tırların videogörüntülərinin erməni aparıcılarının şərhi ilə sosial şəbəkələrdə yerləşdirilməsi faktdır:

 

“İran əvvəlcə Qarabağda dağ ətəyi üzərinə kankon körpüləri yaratdı. Daha sonra həmin körpülərin üzərindən dəmir betonlarla işlənmiş daimi körpülər saldılar. İndi körpü üzərindən daim Qarabağa yardım dolu yüklər daşınır. Ona görə də İranın siyasəti açıq-aşkar antiazərbaycan siyasətidir və bu siyasət Ermənistanın təcavüzkarlıq siyasətinin inkişafında da az rol oynamır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür