Yeni siyasi konfiqurasiyaya doğru addımlar

09:57 17-04-2020 | icon 451 | Siyasət
Yeni siyasi konfiqurasiyaya doğru addımlar

Nüşabə Məmmədova: “Yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması ölkədə siyasi plüralizm və yeni siyasi konfiqurasiyasının inkişafına təkan verəcəkdir”

 

“Bütün bunlar Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinə, siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasına xidmət edir”.

 

Versus.Az xəbər verir ki, bunu ölkədə aparılan islahatların mühüm istiqamətləri və əhəmiyyəti ilə bağlı açıqlamasında ölkədə aparılan islahatların mühüm istiqamətləri və əhəmiyyəti ilə bağlı açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova bildirib.

 

N.Məmmədovanın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəldilmiş islahatların mühüm cəhətlərindən biri də yeni siyasi konfiqurasiyanın formalaşması, demokratik cəmiyyət quruculuğunun daha da inkişaf etdirilməsi məqsədilə partiyalararası münasibətlərin tənzimlənməsi, iqtidar-müxalifət münasibətlərində siyasi dialoqun formalaşmasına nail olmaq istqamətində praqmatik addımların atılmasıdır:

 

“Cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlar siyasi sistemi də əhatə edir. Hazırda siyasi baxışlarından asılı olmayaraq, milli dövlətçilik mənafeyindən, dövlətimizin maraqlarından çıxış edən siyasi qüvvələrlə dialoqlar daha da dərinləşməkdədir. Müxalifət partiyalarının qanunvericilik hakimiyyətinin rəhbər orqanlarında təmsil olunmaları ölkədə yeni ictimai-siyasi durumun, iqtidar-müxalifət münasibətlərinin ən yeni formada qurulmasının təzahürüdür. Bütün bunlar Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinə, siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasına xidmət edir. Ölkədə demokratik cəmiyyətin inkişafı istiqamətində aparılan islahatlar nəticəsində milli maraqlarımızın qorunması və milli məsələlərin həllində bütün siyasi partiyaların vahid qüvvə olaraq çıxış etməsi üçün ən yüksək münbit şərait yaradılmışdır”.

 

N.Məmmədova hesab edir ki, yeni siyasi partiyaların - Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının dövlət qeydiyyatına alınması ölkəmizdə siyasi sistemin daha da təkmilləşməsinə və münasibətlərin daha sağlam ideyalar üzərində qurulmasına, həmçinin ölkədə siyasi plüralizm və yeni siyasi konfiqurasiyasının inkişafına təkan verəcəkdir. /ucnoqta/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı