Bələdiyyələrin qəbiristanlıqları idarə etməsi üçün hökumətin maliyyə ayırması istənilib

13:05 17-04-2020 | icon 705 | Sosial
Bələdiyyələrin qəbiristanlıqları idarə etməsi üçün hökumətin maliyyə ayırması istənilib

Bələdiyyələrin qəbiristanlıqları idarə etməsi üçün hökumətdən maliyyə vəsaiti ayrılması istənilib.

 

Versus.Az xəbər verir ki, bu, bu gün Milli Məclisin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə)" əksini tapıb.

 

Zahirov deyib ki, Ədliyyə Nazirliyi bələdiyyələrin qəbiristanlıqları idarə etməsi üçün Nazirlər Kabinetindən maliyyə vəsaiti ayrılmasını istəyib.

 

O qeyd edib ki, Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın bələdiyyələr tərəfindən öyrənilməsi və tətbiqinə kömək məqsədilə “Yaddaş kitabçası” hazırlanaraq bələdiyyələrə göndərilib.

 

Qaydalarda müəyyən edilən vəzifələrin icrası məqsədilə “Dəfnlərin vahid reyestrinin aparılması və bu reyestrdən arayış forması və verilməsi Qadası”nın, “Dəfnlərin qeydiyyat kitabının formasının və onun aparılması Qaydaları”nın, eləcə də “Qəbiristanlıqların nümunəvi nizamnaməsi”nin layihələri hazırlanıb.

 

Eyni zamanda bu sahədə mövcud olan problemlərlə bağlı (əksər bələdiyyələrin zəruri texniki avadanlıqlara, İnternet şəbəkəsinə çıxışa malik olmaması, onlarda kompüter texnologiyası üzrə zəruri biliyə malik kadr çatışmazlığı, qəbiristanlıqların bələdiyyələrə verilməsi prosesinin başa çatmaması və s.) Nazirlər Kabinetinə müraciət edilərək qəbiristanlıqların idarə edilməsi üzrə bələdiyyələrin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin müəyyən edilərək ayılması, növbəti illərlə, xüsusilə də kənd bələdiyyələrinin büdcəsinə bu məqsədlə dotasiyaların artırılması, həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan qəbiristanlıqların dövlət reyestrində qeydə alınaraq bələdiyyələrə təhvil verilməsinə görə maliyyə və inzibati resursların müəyyən edilməsi məsələlərinə baxılması xahiş olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”