“Bu, ölkə rəhbərliyinin ortaya qoyduğu iradədir” - MÜSAHİBƏ

15:54 17-04-2020 | icon 1121 | Siyasət
“Bu, ölkə rəhbərliyinin ortaya qoyduğu iradədir” - MÜSAHİBƏ

Musa Ağayev: “Siyasi partiya kimi qeydiyyata alınmağımızın əsas səbəbi...”

 

Ölkə ictimaiyyəti, hökumət pandemiyanın tüğyan etdiyi mövcud mərhələdən daha az zərərlə çıxmaq üçün yollar axtarır, müxtəlif versiyalar, təkliflər üzərində işləyir. Artıq bu, yeni siyasi konfiqurasiyanın formalaşması, demokratik cəmiyyət quruculuğu, siyasi partiyaların inkişafına dair islahatlar və iqtidar-müxalifət münasibətlərində siyasi dialoqun formalaşması istqamətində praqmatik addımların atılması ilə də özünü göstərir. Bu günlərdə iki siyasi partiyanın rəsmi qeydiyyada alınması məhz bu mənada müsbət hadisə kimi dəyərləndirilir.

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən Yeni Zaman Partiyasının sədri Musa Ağayev mövcud proseslər ətrafında maraqlı nüanslara toxunub.

 

“Bütün problemlərdən Xalq, Vətən, Dövlət naminə birgə çıxmaq lazımdır”

 

- Musa müəllim, sədri olduğunuz Yeni Zaman Partiyasının siyasi partiya olaraq Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmasını necə dəyərləndirərdiniz. Sizcə bu, ölkədə gedən hansı prosesdir?

 

- Partiyamız 13 ildən sonra qeydiyyata alndı. Təbii ki, əsas nəticədir və biz bu nəticədən çox məmnunuq. Buna görə də aidiyyatı qurumlara öz təşəkkürümü bildirirəm.

Hesab edirəm ki, siyasi partiya kimi qeydiyyata alınmağımızın əsas səbəbi ölkədə demokratik cəmiyyətin inkişafı istiqamətində aparılan islahatlardır. Ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması istiqamətində atılan mühüm addımlar bu gün geniş miqyaslı siyasi, iqtisadi, məhkəmə islahatlarına təkan verir ki, bu da çox sevindirici haldır. Əlbəttə ki, bu, ilk növbədə ölkədə iqtidar-müxalifət münasibətlərinin yeni formada qurulması,  konstruktiv danışıqların başladılması ilə bağlı ölkə rəhbərliyinin ortaya qoyduğu iradədir. Hesab edirəm ki, artıq danışıqlar gedir və ölkənin xilası, gələcək inkişafı bundan asılıdır.

Təbii ki, müxalifətçilik düşmən münasibətlər deyil. Sadəcə olaraq, siyasi partiyalar arasında başladılan yeni konstruktiv danışıqlar, bütün mənalarda ölkənin inkişafına təkan verə biləcək mütərəqqi gedişdir. Bu gün siyasi proseslərdə özlərini kostruktiv göstərmək istəyən, doğrudan da ölkənin inkişafına kömək edən partiyalarda kifayət qədər mütəxəssislər var. Nəzərə almalıyıq ki, partiyalar təkcə siyasətçilərdən ibarət deyil, orada partiyanın proqramını qəbul edən çoxlu sayda əqidəli insanlar birləşiblər. Onlar müxtəlif fəaliyyət sahələri üzrə ixtisaslaşmış mütəxəssislərdir. Bütün bu kadrları toplayaraq birgə aparılan dəyirmi masalar, fikir mübadilələri cəmiyyətin böyük intellekt gücünün bir yerə cəmlənməsidir ki, bu da ölkənin gələcək inkişafına özünün töhfələrini verə bilər.

 

“Belə bir vaxtda, konstruktiv çağırışlardan şou düzəltməkdənsə...”

 

- Siz də qeyd etdiniz ki, bu proses iqtidar-müxalifət dialoqunda yeni bir mərhələnin başlanğıcı, yeni siyasi konfiqurasiyanın formalaşması istiqamətində atılan mühüm addımdır. Bunu rəsmi qeydiyyata alınan partiya olaraq sizin siyasi fəaliyyətinizdə hansı yeni mərhələnin başlanğıcı saymaq olar və bu ərəfələr hansı siyasi partiyaların birgə əməkdaşlığını nəzərdə tutursunuz?

 

- Əvvəldə də qeyd etdiyim kimi, bizim siyasi partiya olaraq rəsmi qeydiyyata alınmağımız, nəticə etibarilə ölkədə yeni siyasi dialoqun nəticəsidir. Düşünürəm ki, bütövlükdə əldə edilmiş bu dialoq milli siyasi həmrəyliyin yeni keyfiyyət formasına aparacaq.

Eyni zamanda biz partiya yarandığı gündən elan eləmişik və dünən də bir daha bəyan elədik ki, ümumiyyətlə, Azərbaycanda demokratiyanın inkişafı və islahatların tərəfdarı olan, Azərbaycanın təkamül yolu ilə inkişafını, ədalətli seçkilərin keçirilməsini istəyən və dialoq tərəfdarı olan bütün siyasi partiyalarla əməkdaşlıq etməyə hazırıq.

 

- Musa müəllim, bir çox ekspertlər, siyasilər belə hesab edirlər ki, hansısa siyasi qüvvələr pandemiya ərəfəsində də siyasi konnektutra ilə məşğul olub hökumətin konstruktiv müzakirə və çağırışlarını fürsətçilliklə siyasi şouya çevirmək istəyirlər. Bununla bağlı hansı müşahidələriniz var və fikriniz nədir?

 

- Əlbəttə ki, belə hallar var. Lakin bu gün bəşəri, ümummili bəlanın olduğu bir vaxtda bu cür yersiz mübarizə üsulları ilə xalqa yaxşı heç nə vəd etmək olmaz. Biz hamılıqla insanlıq üçün təhlükəli olan pandemiya ərəfəsini yaşayırıq və daha sonra da post-pandemiya mərhələsini adlamalıyıq. Pandemiya dünyanın düzənini dəyişir və iqtisadi krizislər, maliyyə krizisləri başlayır. İnsanların psixologiyasında, dünyanın düzənində də yeni xarakter formalaşır. Ola bilər ki, pandemiya bəlasından sonra dünyanın yenidən bölüşdürülməsi prosesi başlansın. Hələ bilmək olmaz ki, pandemiya daha hansı proseslərin yaranmasına səbəb olacaq. Ona görə də, belə bir vaxtda, konstruktiv çağırışlardan şou düzəltmək əvəzinə, vətəndaş birliyinə, milli birliyə gəlmək daha çox vacibdir. Pandemiyanın gətirdiyi bütün problemlərdən Xalq, Vətən, Dövlət naminə birgə çıxmaq lazımdır. Bu vəziyyətdən istifadə edib irəli düşmək istəyənlər yanlış yoldadır. Təbii ki, hansısa problemlər, nöqsanlar var. Bu istiqamətdə təkliflərlə çıxış edib problemin həlli yollarını aramaq daha düzgün olardı.

 

“İctimai rəy milli birliyin, həmrəyliyin yaradılmasına köklənməlidir”

 

- Hazırda Pandemiyada karantin mərəhələsini yaşayırıq. Belə bir vaxtda “Cəmiyyətdə məsuliyyətsiz yanaşmalar var və bu proses ətrafında süni, məqsədli şəkildə ajiotaj yaradılır” deyə, müəyyən vətəndaş cəmiyyətləri və siyasi partiyalar mesajlar verirlər. Nədir bu neqativlər, cəmiyyət özünün davranışlarında nələri redaktə etməlidir, nədən çəkinməliyik?

 

- Bizim cəmiyyət müstəqillik dövrünə 29 ildir qədəm qoyub və bu istiqamətdə çox işlər görülməlidir. Təbii ki, cəmiyyətin təbəqələrində hamı eyni səviyyədə deyil. Bu gün hakimiyyət öz işini görür. Sadəcə olaraq müxalifət partiyaları, ictimai təşkilatlar, vətəndaş cəmiyyətləri də bu vəziyyətdən daha az itki ilə çıxmağımız üçün insanları karantin rejiminə düzgün əməl etməyə istiqamətləndirməlidir. Yaxşı olar ki, bu istiqamətdə təbliğat aparılsın və hərə öz imkanı daxilində vəziyyətdən çıxış yollarını desin. Cəmiyyətdə əks qütbdən çıxış eləmək və yaxud da hansısa problemdən, çatışmazlıqdan ajiotaj yaratmaqla insanları panikaya salmaq olmaz. Mövcud vəziyyət təbii ki, zərərlidir, insan sağlığına, həyatına təhlükəlidir. Eyni zamanda bu durum iqtisadi, sosial vəziyyətin də pisləşməsinə aparır. Ona görə də bu çətin vəziyyətdən yalnız dialoq, xalq, dövlət üçün xeyir verəcək paylaşma, yardımlaşma yolu ilə aparılan təbliğatla çıxmaq olar.

 

- Musa müəllim, bugünkü proseslər artıq sosial dövlət quruculuğu dönəminin yaşandığını göstərir. Pandemiya çətinlikləri də hazırda bir sosial tələb və təklifləri daha çox qabardır. Belə bir vaxtda ictimai rəy nəyə köklənməlidir?

 

- Hesab edirəm ki, ictimai rəy ölkəmizin üzərini alan bütün bəlalardan qurtarmaq üçün milli birliyin, həmrəyliyin yaradılmasına köklənməlidir. Biz təkcə pandemiya deyil, ölkəmizə qarşı yönələn digər mənfi təsirlərə qarşı birlikdə mübarizə aparmalıyıq. Eləcə də sosial və digər sahələrdə də hakimiyyət və siyasi partiyaların mövcud dialoqu da məhz birgə mübarizəni tələb edir. Sözsüz ki, hadisələr onu göstərdi ki, bundan sonra elm və təhsilin inkişafına, səhiyyənin inkişafına daha çox diqqət yetirilməlidir. Təbii ki, hər bir hadisənin, hər bir pandemiya vəziyyətinin araşdırılmasında yüksək elmi əsasların olması bir tələbdir. Bunun üçün də elmə, təhsilə, səhiyyəyə yüksək maliyyə ayrılmalı, inkişaf etdirilməlidir. Və bütün bunların fonunda müəllimlərə xüsusi diqqət yetirilməli və onların əməyi yüksək qiymətləndirilməlidir. Çünki məhz gələcəyin ixtisaslı kadrlarını, insan kapitalını müəllimlər yetişdirir. Təhsil, səhiyyə, elm sahəsində kifayət qədər savadlı kadrlarımız var və öz potensiallarından düzgün istifadə etmələri üçün onlara münbit şərait yaradılmalıdır. /"Üç Nöqtə"/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol