Astma zamanı faydalı olan məhsullar bəlli oldu

13:03 18-04-2020 | icon 966 | Sağlamlıq
Astma zamanı faydalı olan məhsullar bəlli oldu

Əsasən bitki mənşəli məhsullardan ibarət olan pəhriz astmadan əziyyət çəkənlər üçün faydalıdır və onun simptomlarını yüngülləşdirir. Lakin süd və yağlı məhsullar, əksinə, xəstənin səhhətinə  mənfi təsir göstərə bilər.

 

Eurek Alert” nəşri bildirir ki, bu barədə ABŞ-ın Məsul tibb üzrə həkimlər Komitəsinin tədqiqatçıları tərəfindən aparılan araşdırmanın nəticələrində deyilir.

 

Alimləri ilk növbədə meyvə, tərəvəz, taxıl və yüksək sellüloza tərkibli digər məhsullar maraqlandırırdı.

 

Aparılan eksperimentlərdən biri göstərdi ki, səkkiz həftə ərzində bitki mənşəli məhsullarla qidalanan astma xəstələrinin əksəriyyətinin dərmanlara ehtiyacı qalmır, simptomlar isə daha zəif ifadə olunurdu. Bir il davam edən başqa bir təcrübə göstərdi ki, bitki mənşəli qida udulan havanın həcmini və ağciyərin digər vacib göstəricilərini artırmağa kömək edir.

 

Bitki qidalarının tərkibində  iltihabı azaltmağa kömək edən çoxlu lif və antioksidanlar var. Lakin süd məhsulları və doymuş yağlarla zəngin məhsullar isə təhlükəli ola bilər, belə ki, onlar iltihabın səviyyəsini yüksəldirlər və bununla da xəstənin vəziyyətini ağırlaşdırırlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi